Mobil versiya
Qarabağda iki yeni su anbarı inşa ediləcək
Tarix: 29-12-2021 | Saat: 13:08
Bölmə:Ölkə | çapa göndər

Qarabağda iki yeni su anbarı inşa ediləcək

İşğaldan azad edilən ərazilərdə iki yeni su anbarı inşa ediləcək.

Trend-in məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

Nazir müavini bildirib ki, hazırda həmin ərazilərdə 9 su anbarı və 14 çay var.

"Qarabağın zəngin su ehtiyatları Azərbaycan üçün çox vacibdir.

Həmin su ehtiyatları Qarabağın aşağı hissəsinin sudan əziyyət çəkən ərazilərində su təminatını yaxşılaşdıracaq. 11 təbii su hövzəmizin üzərində su stansiyaları quraşdırılır. Həkəri və Bərgüşad çayları üzərində yeni su anbarlarının tikilməsi planlaşdırılır. Həmin su anbarları vasitəsilə Tərtər, Füzuli, Ağdam və digər rayon əraziləri içməli su ilə təmin edəcək".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-03-2025