Mobil versiya
Buster dozadan sonra vaksin sertifikatları müddətsiz olacaq - Şahmar Mövsümov
Tarix: 28-12-2021 | Saat: 17:51
Bölmə:Media | çapa göndər

Buster dozadan sonra vaksin sertifikatları müddətsiz olacaq -

Fevralın 15-dən etibarən buster (üçüncü doza) dozadan sonra vaksin sertifikatları müddətsiz olacaq.

Trend-in məlumatına görə, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqdə deyib.

"Fevralın 15-dən sonra vaksin sertifikatının müddəti 6 ay olacaq, 6 ay keçdikdən sonra sertifikatın müddəti bitmiş olur. Bu zaman həmin şəxslər buster doza qəbul etdikdən sonra isə verilən sertifikat müddətsiz olacaq. Ola bilsin ki, gələcəkdə buster dozadan sonra da məhdudiyyət tətbiq edilsin. Amma hazırda buster dozadan sonra vaksin sertifikatı müddətsizdir", - deyə Ş.Mövsumov qeyd edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-02-2025