Mobil versiya
PREZİDENT İLHAM ƏLİYEV. MÜDRİK VƏ QÜDRƏTLİ MİLLİ LİDER, MÜQTƏDİR DÖVLƏT BAŞÇISI, MÜZƏFFƏR ALİ BAŞ KOMANDAN, BEYNƏLXALQ MİQYASLI UNİKAL DÖVLƏT XADİMİ VƏ MÜASİR DÖVRÜN GÖRKƏMLİ SİYASƏTÇİSİ
Tarix: 24-12-2021 | Saat: 18:48
Bölmə:Media | çapa göndər

PREZİDENT İLHAM ƏLİYEV. MÜDRİK VƏ QÜDRƏTLİ MİLLİ LİDER, MÜQTƏDİR DÖVLƏT BAŞÇISI,  MÜZƏFFƏR ALİ BAŞ KOMANDAN,  BEYNƏLXALQ  MİQYASLI UNİKAL DÖVLƏT XADİMİ VƏ MÜASİR DÖVRÜN GÖRKƏMLİ SİYASƏTÇİSİ

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründəki fəaliyyəti əyani olaraq sübut edir ki,o,zamanın və şəraitin diktə etdiyi çərçivələrdən çıxaraq öz dövrünü qabaqlamış və həlli mümkünsüz görünən milli-siyasi prioritetləri gerçəkləşdirmişdir. Cənab İlham Əliyevin prezidentliyinin ilk beş ili qüdrətli və müasir dövlətin başlıca özəllikləri olan sabit iqtisadi və siyasi sistem yaradılmasına, sosial vəzifələrin həllinə, əhalinin güzəranının normal təminatına və rifahının yüksəldilməsinə, cəmiyyətin birliyinin bütöv bir tam kimi möhkəmlənməsinə,vətəndaş həmrəyliyinə,bütün qüvvələrin konsolidasiyasına həsr olunmuşdur. Cənab Prezidentin 2008-2013 cü illər üçün müəyyən etdiyi prioritet milli vəzifə isə iqtisadi nailiyyətləri yeni demokratik təfəkkür formalaşdırılması, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu amillərinə çevirməkdən, cəmiyyətin hərtərəfli resurslarının artırılmasının effektiv əsaslarını hazırlamaqdan ibarət olmuşdur.2013-2018-ci illərdə və hazırkı dönəmdə sabitlikdən inkişafa məqsədi,postsənaye tendensiyalarının tipik təmayül olaraq əsas tutulması,bütün sahələrdə modernləşdirmə strategiyasına üstünlük verilməsi,innovativ idarəçilik metodlarının tətbiqi və çağdaş idarəetmə metodologiyasının dövlətçilik praktikasında üstün rolunun təsbit edilməsi hədəfləri Prezident İlham Əliyevin fəaliyyətinin başlıca məzmun komponentlərini təşkil etmişdir.

Bu gün möhtərəm Prezidentimizin və Birinci vitse-prezidentimizin rəhbərliyi ilə hər yeni günün qarşıya qoyduğu taleyüklü aktual məsələlərin və yeni reallıqların irəli sürdüyü çox mühüm vəzifələrin yerinə yetirildiyini, bu prosesin əzmlə davam etdirilməsini hamımız görürük. Qarşıya qoyulmuş vəzifələr həyatda öz təsdiqini taparaq əməli işə çevrilməkdədir. Uğurla və dönmədən reallaşdırılan milli dövlətçilik xəttinin nəticələri göz qabağındadır. Xalqımız əmindir ki, bundan sonra da milli Liderimiz İlham Əliyevin dövlətçilik konsepsiyası və siyasi-ideoloji xətti dönmədən davam etdiriləcək, əldə olunmuş ictimai-siyasi sabitlik göz bəbəyi kimi qorunacaq, yeni, zəngin və güclü Azərbaycan uğrunda ümummilli hərəkat daha da genişlənəcəkdir.
Azərbaycan Prezidenti İlham Əliyev xalqımızın həyatında və bütövlükdə milli taleyimizdə əvəzsiz rol oynayan müstəsna tarixi şəxsiyyətdir. O,tarixi şəxsiyyət olaraq tarixin çağırışına xalqın cavab nidası kimi meydana çıxmış, həmvətənlərini ümidsizlikdən və düşkünlükdən qurtarıb ictimai həyata,məqsəd ardınca getməyə, qurub-yaratmağa, tarixi Zəfər qazanmağa və Böyük Qayıdışa nail olmağa sövq etmişdir. 30 il yadelli tapdağı altında qalan doğma və əzəli torpaqlarımızı müzəffər Ali Baş Komandan və müqtədir dövlət başçısı kimi hamını dəmir yumruq olaraq birləşdirib əsarətdən qurtarmış, bütün dünya azərbaycanlılarına başlarını dik tutmaq səadəti bəxş etmiş və onların qürurlu xalq adını qaytarmışdır. Xalq ona birmənalı inanmış və başı üzərinə qaldırıb taleyini öz müdrik və qüdrətli Liderinə etibar etmişdir.

Yaşadığımız günlərin göz qabağında olan təkzibedilməz faktı və belə bir reallığı şəksiz həqiqətdir ki,Prezident İlham Əliyev narahat və təlatümlü bir zamanda risklər, böhranlar, münaqişə və kataklizmlərlə dolu müasir dünya düzənində Azərbaycanı sabitlik və əmin-amanlıq məkanına döndərən, möhkəm və sarsılmaz bir təməl üzərində alınmaz qala timsallı qüdrətli və qalib bir dövlət ucaldan, qazandıqlarımızı qoruyan, durmadan çoxaldan və daha da artırmaq əzmində olan güclü və müqtədir dövlət başçısı, inkişafımızın uğur faktoru, modern idarəetmə üslubuna malik demokratik təbiətli islahatçı rəhbər, inkişafın Azərbaycan modelinin müəllifi, müstəqilliyimizin təminatçısı və dövlətçiliyimizin simvolu, bir dövlət kimi mövcudluğumuzun qarantı olan müdrik və qüdrətli Prezident, torpaqlarımızı düşmən tapdağından azad edən, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası kimi tarixi missiyanı böyük zəfərlə həyata keçirən müzəffərAli Baş Komandan, müstəqil dövlətimizi və milli dövlətçiliyimizi ümummilli dəyər olaraq dünya azərbaycanlılarının birləşdirici amilinə çevirən beynəlxalq miqyaslı unikal dövlət xadimi və müasir dövrün görkəmli siyasətçisi, bütün azərbaycanlıların Milli Lideridir. Bunu beynəlxalq birlik də etiraf və iqrar edir, xalqın yekdil rəyi və müasir ictimai fikrin vahid qənaəti də ondan ibarətdir ki, böyük xalqın adına layiq daha güclü dövlət ideyasının irəli sürülüb bəyan olunması da, əsas konseptual istiqamətlərin əməli gerçəkləşməsi də, missiyanın yüksələn xətlə davam etməkdə olan praktik təcəssümü də cənab İlham Əliyevin dövlət başçısı olaraq 18 illlik fəaliyyətinin real yekunudur. Bu faktik yekun isə cari momentdə ölkəmizdəki siyasi gedişatı və digər prosesləri müəyyən edən real siyasi nəticələrlə bütünlüklə üst-üstə düşür.Gerçək siyasi yekun xalqın əksəriyyətinin belə bir qəti və mütləq əminliyindən ibarətdir ki, Ulu öndər Heydər Əliyevin zəngin və canlı irsi, Prezidentimizin strateji inkişaf xətti, yorulmaz və yüksək effektli fəaliyyəti uğurlarımızın rəhni, milli dirçəlişimizin əsas faktoru,növbəti qələbələrimizin mühüm stimulu və görülən işlərin başlıca hərəkətverici qüvvəsidir. Bu bir fakt və günümüzün birmənalı qəbul olunan bəlli həqiqətidir. O da bəlli həqiqətdir ki, Ulu Öndər Heydər Əliyevin zamanın sınaqlarından və mübarizələrdən qalibiyyətlə çıxmış siyasi xətti yeni çağırışlar,müasir tələblər və dəyişən gerçəkliklərin irəli sürdüyü yeni vəzifələr əsas tutulmaqla Prezident İlham Əliyev tərəfindən yaradıcı şəkildə və dönmədən davam etdirilir. Prezident İlham Əliyev Ulu Öndərin irsinə və vəsiyyətlərinə sadiq olaraq onun siyasi kursunu miqyas və vüsətini daha da genişləndirməklə hər gün irəliyə aparır,öz dərin məzmunlu və çoxcəhətli fəaliyyəti sayəsində Azərbaycanı yeniləşdirmək və gücləndirmək prioritetinə uyğun olaraq ölkəmizi müasirləşdirir və zənginləşdirir, məqsədyönlü və ardıcıl surətdə yeni hədəflərə doğru addımlayır.Azərbaycan yüksəliş mərhələsində bütün məqamlarda müsbət dinamikanı saxlayaraq,inkişafyönümlü və stabil mövqeyini daha da möhkəmləndirərək yenə də uğurdan uğura gedir.

Hakimiyyətə gəldiyi ilk andan cənab İlham Əliyev Ulu öndərin siyasətinə yeni sanbal və çəki artırdı,hər bir situasiya və konkret vəziyyətə uyğun yeni məzmun komponentləri və yanaşma tərzi əlavə etdi, yeni kolorit və rəng qatdı,heç nədən çəkinmədən və cəsarətlə öz baxışlarını açıq şəkildə ifadə etdi və müstəqil siyasət yürüdərək hətta əleyhdarlarının da hörmət və rəğbətini qazandı.İndiyədək də məhz belə qalmışdır-müstəqil Azərbaycanın quruculuğunu uğurla başa çatdıran konkret iş və əməl adamı kimi,tarixin ən qüdrətli Azərbaycanını yaradan güclü və müdrik dövlət başçısı kimi, azərbaycanlıların çağdaş milli lideri kimi adını tariximizə əbədi olaraq həkk etmişdir.Bu gün belə bir həqiqət qəti surətdə etiraf edilməlidir ki,müstəqilliyimiz və onun əsası olan Heydər Əliyev siyasəti Prezident İlham Əliyevsiz bugünkü yüksək səviyyədə qalmaz və indiki davamlılığa, dayanıqlı inkişafa nail ola bilməzdi.Bu siyasətin yaşarılığı,qüdrətli dövlət qürücülüğünün əsası kimi davamlılığı və müstəqil Azərbaycanın dünya səviyyəli müasir,güclü və zəngin dövlətə çevrilməsi məhz Prezident İlham Əliyevin danılmaz tarixi xidmətidir. Prezident İlham Əliyevin müstəqil Azərbaycanın dövlət binasının yekun inşasının tamamlanmasına və tam qurulmasına yönəlik misilsiz manerası təkcə Onun qeyri-adi güclü iradəsinin nümayişi olmaqla bitməyib qarşısında zamanın tələb və çağırışlarının açıldığı dövlətçilik intuisiyasının,əsil dövlət adamına xas olan düzgün instinktin,fitri rəhbərliyin gerçək göstəricisidir.

Azərbaycanın dövlətçilik tarixində özünün müstəsna əhəmiyyəti, sanbalı, xalqımızın nəinki bu günü, həm də gələcək taleyinin müəyyənləşdirilməsi baximindan yalnız və yalnız qələbələr və uğurlarlarla davam edən Prezident Ilham Əliyev dönəmi və konkret fəaliyyəti qüdrətli və möhtəşəmdir.
Hər bir günü qəhrəmanlıq dastanı, bütövlükdə isə Azərbaycanın milli şərəf, ləyaqət və qürur epopeyası olan 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər cənab Prezidentin 18 illik nəhəng mücadiləsinin zirvəsinə, müzəffər Ali Baş Komandan kimi sərkərdə qüdrətinin, xalq-ordu-rəhbər birliyinin, dəmir yumruğun misilsiz nümayişinə çevrildi.

Çoxəsrlik milli dövlətçilik təcrübəsi və ənənələri üzərində qərarlaşan, sarsılmaz təməllərə əsaslanaraq tarixin məntiqindən, zamanın gerçəkliklərindən və həyatın tələblərindən doğan, şəxsiyyət və zaman amillərinin üzvi vəhdətinin, zəka və hünərin, dərin bilik və qüdrətli təşkilatçılıq bacarığının nəticəsi olan Zəfər yolu liderin möhtəşəmliyinin, rəhbər əzəmətinin, sarsılmaz iradənin, cəsarət, əzmkarlıq və qətiyyətin zirvəsi kimi tariximizə əbədi həkk olundu.
Prezidentimiz cənab İlham Əliyevin son 18 ildə böyük uğurlarla sistemli şəkildə gerçəkləşdirdiyi kurs - müstəqillik qazanmış ölkələrin dövlət quruculuğunun inkişaf etdirilməsi, möhkəmləndirilməsi və gücləndirilməsi üçün örnək olan sınaqlardan Zəfərlə çıxmış idarəetmə modeli və qalib strategiyadır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan dinamik inkişaf edən, demokratik, sosial-iqtisadi sahədə böyük nailiyyətlər qazanan, yüksək beynəlxalq nüfuza malik ölkəyə çevrilmişdir. Azərbaycanın son 18 ildə bir əsrlik yolu qət edərək lider dövlət kimi tanınması,sürətli inkişafı,hərtərəfli güclənməsi və bütün istiqamətlərdə qazandığı uğurlar Heydər Əliyev siyasi və iqtisadi kursuna dönməz xarakter verən və həmin kursu bu gün irəlidəki böyük hədəflərə doğru yüksək ləyaqətlə, inam və qətiyyətlə aparan Prezident İlham Əliyevin düşünülmüş siyasətinin və geniş miqyaslı əməli işlərinin qanunauyğun, məntiqi və təbii nəticəsidir. Ölkəmiz inkişafdadır,dövlətimizin fəaliyyəti mütəhərrik xarakter daşıyır,bütün istiqamətlərdə irəliləyiş və dinamizm mövcuddur. Prezident İlham Əliyevin birbaşa təşəbbüsü və rəhbərliyi ilə hazırlanıb həyata keçirilən islahatların nəticəsi olaraq Azərbaycan hərtərəfli və dayanıqlı inkişaf prosesindədir,güclü iqtisadiyyatını şaxələndirir,texnologiyaların və innovasiyaların tətbiqi ilə modernləşdirilir.Verilən vədlər yerinə yetirilir və uğurlar hər gün öncəkindən çox olur.Ən başlıcası,irəlidəki hədəflər bəllidir və onlara doğru yürüşümüz dönmədən davam edir. Cənab İlham Əliyev prezidentliyinin birinci dönəmində yeni,güclü,zəngin və müasir Azərbaycan məqsədini irəli sürərək qanunun aliliyinə əsaslanan hüquqi dövlət və demokratik cəmiyyət yaradılmasını bu prosesin zəruri şərti elan etdi.Prezidentimizin müdrikliyi,dövlətçilik məharəti və idarəetmə ustalığı onda idi ki,məqsədin təkcə siyasi elitada və rəhbər kadrlarda olmasını yetərli saymadı,bu məqsəd hissini bütün xalqda yaratdı,bütün xalq taleyüklü quruculuq işlərinə cəlb olundu.İnkişafın Azərbaycan modelinin müəllifi də,gerçəkləşdirəni də İlham Əliyev-xalq birliyi və bütövlüyü oldu.Nəticə isə göz önündədir. Cənab İlham Əliyev gerçəkçi bir dövlət xadimi və müdrik siyasətçi kimi ictimai-siyasi prosesləri dürüst və realistcəsinə təhlil əsasında vaxtında və doğru qiymətləndirir,hadisələrə milli maraqlar və dövlətçilik prizmasından baxır,məsələlərə xalqın və dövlətin mənafeyi mövqeyindən yanaşır, tarixi şəraitdən,yaranmış vəziyyətdən və konkret situasiyadan çıxış edərək mövcud imkan və potensial çərçivəsində optimal həll yolları tapır,ağıllı və icrası mümkün qərarlar qəbul edir və ən effektiv tədbirlərin görülməsinə nail olur.

Prezidentimiz dərin intellekti,geniş erudisiyası,mükəmməl idarəçilik manerası,zəngin dövlətçilik təcrübəsi,yüksək professionallığı,siyasi iradəsi,dəyanəti və böyük şəxsiyyəti sayəsində ölkəmizi,öz taleyini ona etibar etmiş doğma xalqını və bizim hər birimizi görünən və görünməyən təhlükələrdən,aşkar və gizli təhdidlərdən ustalıq və cəsarətlə qorumuş,sabitlik və əmin-amanlığı daha da möhkəmləndirmiş,iqtisadi cəhətdən güclü,regional baxımdan önəmli,insanların özlərini daim müdafiə olunmuş hiss etdikləri tolerant,açıq və azad dövlət qurmuşdur.Onun Azərbaycan xalqının mütləq çoxluğunun böyük dəstəyi ilə dörd dəfə ardıcıl surətdə ölkə prezidenti seçilməsi və dövlət başçısı kimi mükəmməl fəaliyyəti əməli olaraq göstərir ki,ləyaqətli şəxsiyyət tam layiq olduğu vəzifəni tutduqda bu daha çox həmin vəzifəyə şərəf və ucalıq gətirir.
Azərbaycan Prezidenti cənab İlham Əliyev uca şəxsiyyəti, bütün səviyyə və məqamlarda özünü çox ləyaqətlə aparması,hər yerdə hər zamankı örnək davranışı,müdrik siyasəti və böyük missiyanın gerçəkləşməsinə hədəflənmiş yüksək effektli fəaliyyəti ilə öz ölkəsinə və xalqına yalnız şərəf və başucalığı gətirən əsil milli Liderdir.

Dünyanın ünlü siyasətçilərinin, tədqiqat institutlarının, bütün rəy sorğularının və ən əsası Azərbaycan xalqının və müasir ictimai fikrin verdiyi qiymət dəyişməzdir: bu gün Azərbaycanı İlham Əliyevsiz təsəvvür etmək belə qeyri-mümkündür! Xalqımız öz taleyini möhtərəm Prezidentimizə etibar etməklə inkişafa, rifaha, əmin-amanlığa, həmrəyliyə və sabitliyə sadiqliyini və inamını təsdiqləmiş, ən böyük sərvəti olan dövlətçiliyinin keşiyində mətanətlə duran qüdrətli Liderinin ətrafında birmənalı olaraq birləşmişdir.

Heç bir şübhə yoxdur ki, xalqımızın Prezidentimizə olan dərin inamı və dövlətimizin başçısı ilə xalqımız arasındakı sıx birlik və qırılmaz bağlılıq bundan sonrakı uğurlarımızın da başlıca mənbəyi olacaqdır!

Prezidentimizin şəxsiyyəti,dünya arenasında siyasi çəkisi,çoxcəhətli və dərin məzmunlu fəaliyyətinin miqyas və vüsəti bir daha sübut edir ki,ölkəmizin rəhbərinin öz xalqının iradəsini ifadə edən və xalqın təhlükəsiz, əmin və firavan yaşayışına yönəlmiş fəaliyyəti,həyatı və mübarizəsi həqiqətən yeni tariximizin hünər və ləyaqət səhifəsidir.

Cənab Prezidentin ideya müəllifliyi və bilavasitə rəhbərliyi ilə hazırlanan və müvəffəqiyyətlə icra olunan inkişaf konsepsiyalarının,nəhəng transmilli və infrastruktur layihələrinin,dövlət proqramlarının real nəticəsi olaraq böyük uğurlara imza atıldığı, iqtisadi yüksəliş və tərəqqinin əsası olduğu,sosial rifahın təminatının həlledici şərtinə çevrildiyi hamılıqla etiraf və təsdiq edilən faktdır.Eyni zamanda, o da göz önündə olan danılmaz faktdır ki,respublikamızın simasını əsaslı şəkildə dəyişdirib ona müasir görkəm verən abadlıq-quruculuq işləri,sabitlik,siyasi inkişaf və pozitiv ictimai-siyasi vəziyyətlə müşayiət olunan oturuşmuş dövlətə xas mükəmməl idarəetmə sistemi və inkişafın Azərbaycan modelinin uğurlu praktik tətbiqi ölkəmizi regionun real mərkəzinə çevirmiş,ona haqq etdiyi və layiq olduğu lider dövlət statusunu qazandırmışdır.Bundan sonrakı mütləq qələbələrinə heç bir şübhə olmayan Prezident İlham Əliyev və onun ən sadiq silahdaşı Birinci xanım Mehriban Əliyevanın qarşıdakı dönəmdə də də öz dərin məzmunlu və yüksək effektli birgə fəaliyyətləri ilə irəlidəki bütün hədəfləri fəth edəcəkləri və daha böyük uğurlara imza atacaqları şəksiz və bəlli həqiqətdir.
Ən mürəkkəb və problematik situasiyalarda da optimal çıxış yolunu müəyyənləşdirə bilmək bacarığı kimi nadir keyfiyyətə malik olan Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bütün məsələlərdə Azərbaycan xalqının sarsılmaz etimadını və inamını qazanmışlar.
Azərbaycan əmindir ki,Ulu Öndərimizin “zamanın və taleyin bizə əvəzsiz bəxşişi”kimi dəyərıəndirdiyi müstəqilliyimiz göz bəbəyitək qorunur və daha da möhkəmləndirilib dönməz xarakter alaraq çox böyük uğurla irəliyə aparılır. Heydər Əliyevin özü qədər inandığı siyasi varisinə və ən layiqli davamçısına əmanət etdiyi dövlətimiz ayaq üstündə möhkəm durub milli maraqlarımızı bütün dolğunluğu ilə parlaq surətdə ifadə edən müstəqil siyasətini düşünülmüş şəkildə təmkin və ləyaqətlə gerçəkləşdirir və xalqımızın əminliyini öz əməli fəaliyyəti ilə fakt olaraq təsdiqləyir.Hər şey göz qabağındadır. Ölkəmizin yeniləşməsi,güclənməsi,zənginləşməsi və tərəqqisi üçün var qüvvəsini sərf edib buna nail olan Prezident İlham Əliyevin müdrik və qüdrətli Liderliyi ilə Ulu Öndərimizin həmişəyaşar irsi zamanın sınağından qalibiyyətlə çıxaraq daha böyük qələbələrə doğru irəliləyir. Bütün dünya azərbaycanlılarını birləşdirən,bütün azərbaycanlıların qürur və güvənc mənbəyi , ümummilli dəyəri olan getdikcə yüksələn dövlətimiz, sayıqlıqla qoruduğumuz dövlətçiliyimiz, daha möhtəşəm qələbələrə doğru dönməz və qətiyyətli irəliləyişimiz və müstəqil Azərbaycanımızın gündən-günə inkişafı Ulu Öndərimizin Böyük yolunun və Milli Liderimiz prezident İlham Əliyevin siyasətinin həyatiliyinin, yaşarılığının və canlılığının parlaq ifadəsi,onun strateji inkişaf xəttinin və siyasi fəlsəfəsinin doğruluğuna,perspektiv hədəflərinin reallığına və davamının labüdlüyünə mötəbər zəmanət və yetərincə əsaslı arqumentdir.

Bu gün bütün sahələrdə qazanılan uğurlar,əldə olunam nailiyyətlər onu deməyə kifayət qədər güclü əsaslar verir ki,Azərbaycanda Ulu öndərin ideyaları yaşayır,onun layiqli davamçıları Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla və dönmədən həyata keçirilir.
Dövlətçiliyimizin qoşa qanadı və irəliyə doğru yürüşümüzün etibarlı təminatçıları olan Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezidentimiz Mehriban xanim Əliyeva yaşadığımız bəlalı zamanın əmələ gətirdiyi gözlənilməyən maneələri müdriklik və cəsarətlə adlamağı,hər cür əngəlləri dəf etməyi,ən mürəkkəb və problemli situasiyalarda da optimal həll üsulları və çıxış yolları taparaq onları xalqın xeyrinə və milli maraqlara yönəltməyi yüksək səviyyədə bacardıqlarını əməli surətdə sübut edir, başladıqları kompleks dəyişiklikləri dönmədən davam etdirir,ölkəmizi qətiyyətlə növbəti inkişaf və rifah mərhələsinə aparırlar. Bütün azərbaycanlılar, sadə vətəndaşlar tərəqqimizin qarantı olan bu birliyə,dövlətçiliyimizə güc verən bu bütövlüyə,dövlətimizin sabahını da etibarlı edən bu vəhdətə ürəkdən qoşulur və alqış deyirlər.
Missiya aydın,istiqamətlər və oriyentirlər müəyyən,hədəflər bəllidir.Öndə gedənlərimizin,Liderlərimizin əqidə,bilik,iradə və əməl bütövlüyünə malik xarakterləri mübarizələrdə bişib-bərkiyərək kamilləşmiş, idarəetmə ustalıqları,rəhbərlik bacarıqları,siyasi müdriklikləri və dövlətçilik təcrübələri real iş prosesində sınaqlardan çox böyük nailiyyətlərlə çıxmışdır. Xalqımız rəhbərlərinə ürəkdən inanıb tutduqları yolun uğurla nəticələnəcəyinə birmənalı olaraq əmindir.Qarşıdakı daha yüksək və davamlı inkişaf,daha böyük uğurlar isə mütləq və qaçılmazdır,çünki əmanət etibarlı və inamlı, sükan möhkəm və qüdrətli əllərdədir!

Bu gün xalqın əksəriyyəti əmindir ki, cənab İlham Əliyev ölkənin milli maraqlarını hamıdan yaxşı ifadə və müdafiə edir.Onun biliyi,təcrübəsi və siyasi-dövlətçilik ustalığı sözün birbaşa anlamında milli sərvətə çevrilib,insanlar bunun ölkənin xeyrinə istifadə olunmasını istəyirlər.Bu,rasional faktor olmaqla yanaşı eyni zamanda emosional amildir,xalq bütövlükdə Ona etibar edir. Başqalarından fərqli olaraq cənab İlham Əliyev ayrıca bir auditoriyanın prezidenti olmaq istəmir.Prezident sakitləşmək,rahatlanmaq və dayanmaq fikrində deyil.
Diqqəti çəkən önəmli nüans və məxsusi özəllik ondan ibarətdir ki,18 il ərzində Prezidentimiz tərəfindən dövlət quruculuğunda fəal iştirak etməyə və əsas rolları aparmağa layiq bilik, əqidə və fəaliyyət vəhdətinə malik müasir təfəkkürlü,çağdaş idarəetmə mexanizmlərini nəzəri və praktik olaraq mükəmməl mənimsəmiş,inkişafımızla bir yerdə böyüyən və idarəçilik pillələrini uğurla keçən şəffaf imicli gənc siyasi elita formalaşdırılmışdır ,müstəqillik dövrünün,İlham Əliyev dönəminin gəncləri,əksəriyyəti müstəqillik dövründə yetişib püxtələşənlər koqortası dövlət idarəçiliyində aparıcı funksiyaların icrasına başlamışlar. İlham Əliyev dönəminin səciyyəvi xüsusiyyəti məhz gənc seqmentlə effektiv ünsiyyət kanallarının real olaraq əldə olunması,Liderimizə ictimai dəstəyin strukturunda daha çox gəncin və fəalın olması,Onun adeptlərinin gənclərin və fəallar qruplarının hesabına yetərincə dolğunlaşmasıdır.

Hazırda cənab Prezidentin birbaşa rəhbərliyi altında elliklə və ümumxalq dəstəyi ilə geniş miqyasda və böyük mütəşəkkilliklə bütün sahələrdə islahatlar aparılmaqdadır.Əslində isə Prezidentimiz tərəfindən sərrast və bitkin ifadə ilə yeni dövrə uyğunlaşma,təkmilləşmə və tərəqqi kimi səciyyələndirilmiş dəyişikliklər xətti mahiyyətcə bir ümümxalq hərəkatıdır.Xalqımız Azərbaycanın milli liderimiz İlham Əliyevin islahatlarına uyğun bundan sonrakı inkişafını,bəlli hədəflərə və yeni qələbələrə doğru irəliləyişini,bir sözlə,Prezident İlham Əliyevin dəyişikliklər xəttinin davamını birmənalı olaraq istəyir və qətiyyətlə dəstəkləyir.

Azərbaycan xalqının öz lideri İlham Əliyevə olan dərin inamı bitib-tükənməyən bir enerji,bir güc,bir inkişaf qaynağıdır! Bu bir bəlli həqiqətdir ki, Ulu Öndərimiz Heydər Əliyevin siyasətini yaşadan,dolğunlaşdıran və qalib siyasət kimi uğurlu gələcəyə doğru inamlı irəliləyişini təmin edən müdrik və qüdrətli Liderimiz İlham Əliyevin siyasi kursunun dönməz olaraq davam etdirilməsi Azərbaycan xalqının vahid rəyi,israrlı istəyi və təkidli tələbidir.
Ən böyük milli sərvətimiz olan dövlətimizi və dövlətçiliyimizi ürəkdən təmənnasız sevən və əziz tutan hər bir insanımız,vətənini və xalqını sevən hər bir həqiqi vətəndaş və vətənpərvər,ailəsini,övladlarını və özünü istəyən hər bir əsil azərbaycanlı bizimlədir, milli liderimiz İlham Əliyevin siyasi-dövlətçilik xəttinin qarşıdakı dövrdə də irəliyə, yeni qələbələrə,uğurlarımızı artırmağa,daha böyük hədəflərə doğru inam və qətiyyətlə aparılması istəyində və əzmindədir!

Azərbaycan birmənalı olaraq qəlbən əmindir ki,Milli Liderimiz Ilham Əliyevin ölkəmizin 18 ildə əsrə bərabər yol keçən inkişafının hərəkətverici qüvvəsi olan şərəfli yolu və siyasi-dövlətçilik kursu,xalqımızın inam və məhəbbətindən qidalanan əqidə və baxışları,ümumxalq dəstəyindən güc alan quruculuq missiyası,ümumxalq işinə çevrilmiş fəaliyyəti və xəlqi əməlləri bugünümüzün etibarlı və möhkəm dayaqları olmaqla bərabər gələcək tərəqqimizin və perspektiv nailiyyətlərimizin də kifayət qədər güvənilən fundamental əsasları,irəlidəki qələbələrimizin və aydın sabahlarımızın yetərincə inandırıcı və real zəminidir.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründəki fəaliyyəti əyani olaraq sübut edir ki,o,zamanın və şəraitin diktə etdiyi çərçivələrdən çıxaraq öz dövrünü qabaqlamış və həlli mümkünsüz görünən milli-siyasi prioritetləri gerçəkləşdirmişdir.Azərbaycan gəmisi bütün çətinlikləri dəf edərək, maneələri adlayaraq öz mahir kapitanının müdrik və qalib idarəsi ilə cəsarətlə irəliləyir,hər yeni gününü yeni zəfərlə qeyd edir.Vətənini, müstəqil dövlətini sevən, dövlətçilik təfəkkürlü hər bir azərbaycanlı bundan qürur duymalı, özünü, ailəsini, övladlarının bu gününü və gələcəyini düşünən hər kəs qüdrətli Liderimizin-dövlət başçımızın yanında olmalı, dövlət gəmimizin daha rahat və sürətli irəliləyişinə köməyini əsirgəməməlidir.Bizim Rəhbərimizin yanında möhkəm və səbatlı duruşumuz düşmənlərimizə ,gözləri götürməyənlərə ağır zərbə, irəliləyişimizə güclü təkandır. Hamılıqla vətəndaşlıq borcumuz yeni,zəngin və güclü Azərbaycan uğrunda ümumxalq mücadiləsinə ləyaqətlə rəhbərlik edən müdrik və qüdrətli Liderlərimiz cənab İlham Əliyevin və Mehriban xanım Əliyevanın ətrafında hər gün,hər an öncəkindən daha çox sıxlaşmağımızdadır!
Bizim gücümüz həmrəyliyimizdə və birliyimizdə,böyük məqsədimizə doğru irəliləyişimizi əl-ələ, qol-qola, çiyin-çiyinə bir yerdə davam etdirməyimizdə, Ulu Öndərimiz Heydər Əliyevin ucaltdığı və Prezidentimiz cənab İlham Əliyevin Azərrbaycan göylərində əzəmətlə dalğalandırdığı bayrağa və bizə yeganə doğru yolu göstərən vəsiyyətinə sonadək sədaqətli olmağımızda,onun Böyük millətin dirçəliş yolu olan gerçəkçi syasi-ideoloji kursuna vəfa borcumuza tərəddüdsüz əməl etməyimizdədir.

Azərbaycan xalqının milli maraqlarının parlaq ifadəsi olan müdrik və dərindən düşünülmüş siyasi kursun möhtəşəm nailiyyətlərlə davamı prosesində,müstəqil dövlətimizə indiyədək yalnız böyük uğurlar gətirən müstəqil siyasətin bundan sonra da daha böyük uğurlarla həyata keçirilməsində bizlər müqtədir Prezidentimiz,müzəffər Ali Baş Komandanımız ,müdrik və qüdrətli milli liderimiz cənab İlham Əliyevlə həmişə bir yerdəyik və daim birlikdə olacağıq!

HAFİZ CAVADOV



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-01-2025