Mobil versiya
Nazir azad edilən ərazilərdə layihələndirilən yeni məktəblərdən danışdı
Tarix: 24-12-2021 | Saat: 12:24
Bölmə:Karusel / Təhsil | çapa göndər

Nazir azad edilən ərazilərdə layihələndirilən yeni məktəblərdən danışdı

İşğaldan azad edilmiş ərazilərə böyük qayıdışın başlaması fonunda məktəblərimizin yaradılması, təhsilin bərqərar edilməsi də qarşımızda duran əsas vəzifədir.

Bunu təhsil naziri Emin Əmrullayev "Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə" elmi-praktik konfransında çıxışı zamanı deyib.

"Cəbrayıl və Ağdamda layihələndirilən yeni məktəblər Azərbaycan təhsilində uzun müddət arzusunda olduğumuz dəyişiklikləri etməyə imkan yaradacaq. İşğaldan azad edilən ərazilərdə qurulacaq məktəblərdə son dövrlər ərzində rəqəmsal bacarıqlar və STEAM kimi layihələrin daha geniş tətbiqi nəzərdə tutulur", - E.Əmrullayev deyib.

Nazir bildirib ki, Qarabağda aparılan tikinti-quruculuq əmək bazarında da ciddi aktivlik yaradacaq:

"Bu gün auditoriyalarımızda olan tələbələrimizin gələcək fəaliyyəti həmin ərazilərlə bağlı olacaq. Bu ərazilərdə və ora yaxın yerlərdə peşə təhsilinə maraq artacaq. Qarabağda müasir və innovativ layihələrin tətbiqi ciddi araşdırmalar, elmi tədqiqatlar tələb edir. Bu da ali məktəblər arasında yeni imkanlar açır. Qarabağın bərpası növbəti 10-20 ildə Azərbaycanın istər təhsil, istər iqtisadiyyat sahəsində ən böyük uğur hekayəsi olacağını düşünürəm", - nazir deyib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024