Mobil versiya
Gəncə Peşə Hazırlığı Mərkəzində yeni peşə kurslarına start verildi
Tarix: 22-12-2021 | Saat: 16:26
Bölmə:Təhsil | çapa göndər

Gəncə Peşə Hazırlığı Mərkəzində yeni peşə kurslarına start verildi

Gəncə Peşə Hazırlığı Mərkəzində yeni peşə kurslarına start verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Gəncə Peşə Hazırlığı Mərkəzində "Mühafizəçi" və "Ofisiant" peşələri üzrə hazırlıq kurslarına start verilib.

6 saylı Ərazi məşğulluq filialı ilə “İmperial” restoranlar şəbəkəsi və “Vətən-N Mühafizə Xidməti” MMC şirkəti arasında imzalanan müqaviləyə əsasən təşkil edilən kurslara ümumilikdə 24 işsiz şəxs cəlb edilib. Peşə kursunun müddəti 1 aydır.


Peşəkar mütəxəssislər tərəfindən müdavimlərə nəzəri biliklərlə yanaşı, istehsalat təcrübəsi zamanı praktiki bilik və bacarıqlar da tədris olunacaq.

Peşə hazırlığı kursunu müvəffəqiyyətlə bitirən şəxslər müvafiq olaraq işlə təmin olunacaqlar.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-05-2024