Mobil versiya
Akademik: Hər bir azərbaycanlı fəxr edə bilər ki, onun Prezidentinin adı dünyanın qalib sərkərdələri siyahısındadır
Tarix: 22-12-2021 | Saat: 14:03
Bölmə:Karusel / Ölkə | çapa göndər

Akademik: Hər bir azərbaycanlı fəxr edə bilər ki, onun Prezidentinin adı dünyanın qalib sərkərdələri siyahısındadır

Dünya tarixində çox az sayda sərkərdələr var ki, ölkəsinin işğal altında olan ərazilərini qısa zamanda azad edib. Belə sərkərdələrin adları dünya tarixinə qızıl hərflərlə yazılıb. Hər bir azərbaycanlı fəxrlə deyə bilər ki, xalqımızın qəhrəman oğlu, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin adı da bu sərkərdələr sırasındadır.

Bu fikirləri müsahibəsində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi, Ümumdünya Elmlər Akademiyasının fəxri professoru və Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Asəf Hacıyev deyib.

Akademik bildirib: “Bu gün Azərbaycan Prezidenti İlham Əliyev yubileyini qəhrəman dövlət başçısı kimi qeyd edir. Azərbaycan ərazisinin 20 faizi otuz ilə yaxın idi işğal altında qalmışdı. Hətta yüksək optimizmə malik siyasətçilər və sadə insanlar təsəvvür edə bilməzdilər ki, Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu bu əraziləri qısa zamanda - 44 günlük Vətən müharibəsi nəticəsində azad edəcək”.

A.Hacıyevin sözlərinə görə, 2003-cü ildə Prezident İlham Əliyev hakimiyyətə gələndə dünya siyasətçiləri elə düşünürdülər ki, böyük şəxsiyyət və dövlət xadimi Heydər Əliyevdən sonra Azərbaycanı idarə etmək çətin olacaq. Ölkə ərazisinin 20 faizi işğal altında idi, Bakı-Tbilisi-Ceyhan neft kəməri tam istifadəyə verilməmişdi. Amma Prezident İlham Əliyev mümkün olmayanı reallaşdıraraq dünyanı heyran qoydu. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi (TANAP və TAP), Bakı-Tbilisi-Qars dəmir yolu və digər böyük layihələr reallaşdırıldı. Azərbaycan bölgənin aparıcı dövlətinə çevrilərək dünyanın siyasi xəritəsində özünəməxsus yer tutdu.

Azərbaycanda müasir, XXI əsrin ordusunun yaradıldığını və 44 günlük Vətən müharibəsi nəticəsində ölkəmizin işğal altında olan ərazilərini azad etdiyini xatırladan Asəf Hacıyev vurğulayıb: “Həyata keçirilən bu işlərin yalnız bir ünvanı var – Azərbaycan Prezidenti İlham Əliyev. Müstəqil Azərbaycanın dirçəlişində və inkişafında ulu öndər Heydər Əliyevin adı xüsusi yer tutur. Ulu Öndər ölkəmizdə vətəndaş müharibəsini dayandırdı, Azərbaycan xalqına inam verdi ki, öz gələcəyimizi və taleyimizi yalnız özümüz həll etməliyik. Ümummilli Lider böyük quruculuq işlərinə nail oldu. Amma Onun ürəyində həyata keçməyən bir arzusu qaldı – işğal altında olan torpaqlarımızın qaytarılması və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması. Bir dövlət xadimi kimi atasının vəsiyyətini yerinə yetirərək bu tarixi missiyanı Prezident İlham Əliyev həyata keçirdi.

Hər bir insanın dünyaya gələrkən Ulu Tanrı qarşısında bir borcu olduğunu deyən akademik bildirib: “Bu borc həyatda qoyduğun izdən ibarətdir. Azərbaycan Prezidenti bu borcu 60 illik yubileyi ərəfəsində artıqlaması ilə yerinə yetirdi və dövlətimizin başçısının adı qızıl hərflərlə nəinki Azərbaycanın, hətta böyük bir coğrafiyanın tarixinə yazıldı. Əminəm ki, bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük işlər həyata keçiriləcək. Dərin və gözəl tarixi, mədəniyyəti olan ölkəmiz və xalqımız dünya miqyasında tutduğu özünəlayiq yeri daha da möhkəmləndirəcək”.

Günel Məlikova



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-03-2025