Mobil versiya
Direktor: "Bütün beynəlxalq qiymətləndirmələrdə şagirdlərin nəticələri yaxşılaşıb"
Tarix: 20-12-2021 | Saat: 12:07
Bölmə:Təhsil | çapa göndər

Direktor: "Bütün beynəlxalq qiymətləndirmələrdə şagirdlərin nəticələri yaxşılaşıb"

"Bu gün ölkədə minlərlə şagird Təhsil İnstitutunun hazırladığı ehtiyat dərslikləri oxuyur".

Bunu institutun direktoru Rüfət Əzizov deyib.

O qeyd edib ki, müəllimlər də həmin dərsliklərlə bağlı fikirlərini bildirir: "Bütün bunlar işin miqyasına təsir edir. Bütün beynəlxalq qiymətləndirmələrdə şagirdlərin son illərdəki nəticələri yaxşılaşıb. Olimpiadalara əlçatanlığın olması ilə bağlı institutun fəaliyyəti müsbətdir".

Direktor bildirib ki, institut gələcəkdə özünün elm və innovasiya yönümlü potensialını daha da artırmalıdır: "Təhsilin bütün pillələrində müxtəlif tərəflərlə tədqiqat və təlimatlar bölüşdürülməlidir. Həmin tədqiqatlardan irəli gələn pilot layihələrin hədəfi tədricən təhsil sisteminə daxil olmalıdır. Təhsil ictimai prosesdir və tərəflər arasında müzakirələr aparılmalıdır".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024