Mobil versiya
Azərbaycan NATO-nun etibarlı tərəfdaşı olduğunu sübuta yetirib
Tarix: 20-12-2021 | Saat: 10:19
Bölmə:Ölkə | çapa göndər

Azərbaycan NATO-nun etibarlı tərəfdaşı olduğunu sübuta yetirib

Müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq əlaqələrinin qurulmasına, transmilli qlobal layihələrin reallaşdırılmasına, Avropanın enerji təhlükəsizliyinə töhfəsini verən Azərbaycan bu gün regional güc kimi qəbul edilməkdədir.
Müstəqil dövlət kimi bir sıra beynəlxalq təşkilatlara, o cümlədən NATO, BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İƏT, MDB və çoxlu sayda digər təşkilatlarla fəal əməkdaşlığı durmadan inkişaf etdirən Azərbaycan həm də GUAM regional qrupunun təsisçilərindən biridir. Bu təşkilatlarda və regional təşəbbüslərdə iştirakı ilə Azərbaycan öz milli maraqlarını gerçəkləşdirir.
Prezident İlham Əliyevin dekabrın 14-də Belçika Krallığında işgüzar səfəri çərçivəsində ölkəmizin əməkdaşlıq etdiyi təşkilatlarla münasibətlərinin yüksək səviyyədə olduğu bir daha təsdiqləndi. Dövlətimizin başçısının NATO-nun Baş katibi Yens Stoltenberqlə keçirdiyi görüş, Şimali Atlantika Şurasının iclasında iştirakı və mətbuata bəyanatı bunu bir daha təsdiqləyən reallıqlardır. 
Azərbaycanla NATO arasındakı ilk təmasların tarixi ölkəmizin bir sıra Mərkəzi və Şərqi Avropa dövlətləri ilə birlikdə NATO-nun yeni yaradılmış məşvərətçi forumuna - Şimali Atlantika Əməkdaşlıq Şurasına (1997-ci ildən Avro-Atlantik Tərəfdaşlıq Şurası) qoşulduğu 1992-ci ilin mart ayına təsadüf edir. Azərbaycanla NATO arasında məzmunlu tərəfdaşlığın əsası isə Ümummilli Lider Heydər Əliyevin 4 may 1994-cü ildə Sülh Naminə Tərəfdaşlıq Çərçivə Sənədinin imzalanması ilə qoyulub.
Azərbaycanın NATO ilə tərəfdaşlığı onun Avro-Atlantik strukturlarına inteqrasiya məqsədinə xidmət edir. Ölkəmizin NATO ilə tərəfdaşlığında əsas istiqamətlər siyasi dialoq, sülhü dəstəkləmə əməliyyatları, meydana gələn təhlükəsizlik təhdidləri və əsas vurğusu müdafiə məsələlərinə yönələn geniş spektrli istiqamətlər üzrə praktiki əməkdaşlıqdan ibarətdir.
NATO-nun Baş katibinin dəvəti əsasında cənab Prezident İlham Əliyevlə alyansın Baş katibi Yens Stoltenberq arasında keçirilən görüşdə Baş katib Azərbaycanın alyansın dəyərli tərəfdaşı olduğunu deyərək Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstanda “Qətiyyətli dəstək” əməliyyatlarındakı xidmətini yüksək qiymətləndirdi. Azərbaycan sülhməramlıları Əfqanıstanı sonuncu tərk edən hərbi qulluqçular olublar və onlar 120 mindən çox insanın Əfqanıstan hava limanı vasitəsilə təxliyəsinə töhfə veriblər.
NATO-nun Şimali Atlantika Şurasının iclasında isə Azərbaycan-NATO əməkdaşlığı və praktiki müstəvidə əməkdaşlığın inkişafı, Azərbaycanla NATO arasında planlaşdırma, analiz prosesi və digər proqramlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi, həmçinin Azərbaycanın Avropanın enerji təchizatında rolu, regional proseslər barədə ətraflı fikir mübadiləsi aparıldı.
NATO-ya üzv dövlətlər tərəfindən ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına bir daha dəstək ifadə olundu. Bu mövqenin NATO-nun sammit sənədlərində də dəfələrlə təsbit olunduğu qeyd edildi.
Azərbaycanla təşkilat arasında uzun illər ərzində güclü əməkdaşlıq olub. Bu gün əməkdaşlıq bir çox sahələri, bacarıqların inkişafından tutmuş enerji təhlükəsizliyinə qədər olan sahələri əhatə edir. Azərbaycan NATO-nun etibarlı tərəfdaşı olduğunu sübuta yetirib. Müfəssəl xarakterə malik əməkdaşlıq möhkəm təməl üzərində qurulub. Bu səfərin 7-ci olması isə əməkdaşlığın dinamizmini göstərir.
NATO Azərbaycanın Zəngəzur dəhlizinin açılması istiqamətində irəli sürdüyü təklifləri dəstəkləyir. Ermənistan nə qədər vaxt udmağa çalışıb bəhanələr gətirsə də, tezliklə Zəngəzur dəhlizi açılacaq və Azərbaycan regionda yeni nəqliyyat-logistik mərkəzə çevriləcəkdir.


Aytən Ağalarova,
Salyan rayon Arbatan kənd tam orta məktəbin direktoru

aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-03-2025