Bu borcları hökumət ödəyəcək
Tarix: 16-12-2021 | Saat: 13:54
Bölmə:İqtisadiyyat | çapa göndər
Mərkəzi sistemdən istiliklə təmin olunan evlərin istilik təchizatı kəsilməyəcək. Çünki "Azəristiliktəchizat"ın "Azəriqaz"a yaranan borcunu dövlət ödəyəcək. Bu məqsədlə ilkin olaraq 12 milyon manat ayrılıb. Bir neçə ildir ki, iki qurum arasında borc qalmaqalı yaranır və bundan vətəndaş əziyyət çəkir. Üstəlik borcun dövlət tərəfindən ödənilməsi büdcə üçün də ayrı bir yükdür. Problemin səbəbləri nələrdir . Və həlli üçün nə lazımdır?
"Azəristiliktəchizat" ilə "Azəriqaz" arasında yaranan borc qalmaqalına dövlət müdaxilə edib. Həmin borcun ödənməsini dövlət öz üzərinə götürüb.
"Azəriqaz"ın şöbə rəisi Eldəniz Vəliyev bildirib ki, dövlət ilkin mərhələdə borcun 12 milyon manatının ödənməsini təmin edib.
Bununla da iki dövlət qurumu arasında olan borc məsələsi bitmiş hesab olunur. Ancaq maraqlısı odur ki, hər ilin bu vaxtları "Azəristiliktəchizat"ın "Azəriqaz"a küllü miqdarda borcu olduğu üzə çıxır. İqtisadçı ekspert Rəşad Həsənov hesab edir ki, bu problemin kökündən həll edilməsi üçün kompleks tədbirlərə ehtiyac var
Bundan başqa tarif şurasının qəbul etdiyi qərarların ''Azəristiliktəchizat''ın göstərdiyi xidmətlərin maya dəyərinə təsirləri ölçülməli və buna uyğun addımlar atılmalıdır. Bütün hallarda vətəndaşların əziyyət çəkməmələri üçün bu məsələ yay mövsümündə gündəmə gətirilməli və həlli prosesi həyata keçirilməlidir.
''Azəristiliktəchizat''ın xidmət rəisi Rafiq Əliyev də borcunun yaranmasının səbəblərini açıqlayıb.
Qeyd edək ki, əksər hallarda yığılan debitör borc dövlət tədəfindən ödənilir ki, vətəndaşlar bundan əziyyət çəkməsin. Bu isə büdcəyə ciddi yük deməkdir. Rafiq Əliyev bildirdi ki, borc sarıdan bütün qaranlıq məsələləri araşdırmaq üçün 3 qurumun iştirakı ilə işçi qurupu fəaliyyətə başlayıb və həmin məsələlər tam aydınlaşdırılacaq.
AİA.Az Xəzər Xəbər-in hazırladığı sujeti təqdim edir:
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-11-2024
16-11-2024