Mobil versiya
İSMAYILLIDA AŞIQBAYRAMLI SU ANBARI TƏMİR-TİKİNTİDƏN SONRA İSTİFADƏYƏ VERİLİB.
Tarix: 15-12-2021 | Saat: 16:12
Bölmə:Ölkə | çapa göndər

İSMAYILLIDA AŞIQBAYRAMLI SU ANBARI TƏMİR-TİKİNTİDƏN SONRA İSTİFADƏYƏ VERİLİB.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan Bakı İxtisaslaşdırılmış Elektrik Avadanlıqlarının Təmir-Quraşdırma Və Sazlama İdarəsi tərəfindən İsmayıllı rayonu ərazisində, bu ilin iyun ayında tikinti-bərpasına başlanılan Aşıqbayramlı su anbarında işlər artıq yekunlaşıb.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov bildirib ki, bərpa işlərinə qədər anbarın su tutumu 3.5 milyon kubmetr olub. Görülən işlər nəticəsində anbarda su tutumu artırılıb, anbarın görkəmi tamamilə dəyişdirilib. Ətraf ərazilər üçün əhəmiyyətli sayılan su anbarının giriş hissəsində qapı və şlaqbaum qoyulub, kənar müdaxilələrdən mühafizəsi üçün ətrafı çəpərlənib və yoluna asfalt örtüyü çəkilib. Anbarın ərazisində isə gecə işıqlandırılmasını təmin etmək üçün işıq dirəkləri quraşdırılıb.
Aşıqbayramlı Su Anbarında suyun həcmi çoxaldıqdan sonra ətrafda yerləşən 5 kəndin su təminatı demək olar ki, tamamilə ödənəcək. Eyni zamanda anbarın aşağı hissəsində olan 1000 hektara yaxın əkin sahəsinin fasiləsiz su ilə təminatı da həyata keçiriləcək ki, artıq növbəti mövsümdən bu mümkün olacaq.

Qeyd edək ki, Göyçay rayonunda yerləşən Yekəxana su anbarı da Aşıqbayramlı su anbarından qidalanır ki, əsasən də suvarma mövsümündə hər iki anbarın suyu ilə əkin sahələrinin suvarılması asanlaşır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-05-2024