“Özümə həm kişiyəm, həm də qadın, nişanlım demişdi ki, oxumayacaqsan, qaytardım nişanı” - Şəbnəm
Tarix: 14-12-2021 | Saat: 13:34
Bölmə:Şou-biznes | çapa göndər
"Hal-hazırda atam haqda oçerklər yazıram. Bir ara xəstələndim, yaza bilmədim. Oçerk yazmaq elə də asan iş deyil, oturub düşünürsən, cümlələr seçirsən. Mən təkcə müğənni deyiləm, formalaşmış şəxsiyyətəm, 5 dil bilirəm. Atam çörək verən kişi idi, mən də eləyəm, əlim açıqdır. O, çox ciddi adam idi. İlyas müəllim həm də Rusiyanın Yazıçılar Birliyinin üzvü idi. Atamın kitabları Rusiyada böyük tirajlarla satılıb, tərcümə olunub. Atam məni elə tərbiyə edib, elə namuslu qız kimi yetişdirib ki, heç vaxt artıq-əskik hərəkət edə bilmərəm. Mən dərslərimi oxumayanda kitabları qarşıma yığıb deyirdi ki, bala, quşa qoşa qanad kimi, insana da savad lazımdır. Savadsız da olmaq olar, amma sən mənim qızımsan. Bir dəfə xəstə idi, mən boyda qızı yanına çağırıb dedi ki, de görüm Azərbaycan bayrağının rənglərinin mənası nədir? Mən də hamısını saydım və alnımdan öpüb dedi ki, afərin qızıma. Mənə uşaq kimi baxırdı. Kənardan mənə deyirdilər ki, xəstədirsə apar qoy qocalar evinə, özünü yorma. Mən onun ayaqlarına kimi yuyurdum. Adam gərək nə qədər vicdansız olsun ki, valideynini qocalar evinə qoysun".
AİA.Az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Şəbnəm Tapdıq deyib. O daha sonra efirlərə çıxmamağının səbəblərindən danışıb:
"Efirlərə çox çıxmıram, bu saat bütün şəhid analarının gözü yaşlıdır. Ayıbdır, mən özümə günah görürəm onu. Bir ailədən kimsə yas qurur, mən çıxım şən mahnılar ifa edim?. Bu qətiyyən yolverilməz bir addımdır. Mən Azərbaycan musiqisinə yeni üslub gətirmişəm. Azərbaycan-Türk musiqisini bir-birinə bağlamışam. 1980-cı ildə yeni bir adla - Şəbnəm adı ilə efirlərə çıxdım. Bu ad mənim göz yaşlarımdan yaranıb. Bütün Şəbnəmlərin doğum tarixi ilə maraqlanın, hamısı 1980-ci ildən sonra doğulanlardır. Şəbnəm Tovuzlu ilə Şəbnəm Qəhrəmanova mənim adımı daşıyırlar. Şəbnəm Qəhrəmanova ilə mənim bir az qalmaqalım oldu. Mənə demişdilər ki, Şəbnəmlə qalmaqal et, görünür ki, onlara reytinq lazım idi. Ona görə də mən adımı dəyişib "İlk Şəbnəm" etdim", - deyə əməkdar artist bildirib.
Sənətçi ailə həyatı qurmamasının səbəblərindən də danışıb:
"Bacım məndən öncə ailə həyatı qurdu. Onun balalarını o qədər çox istəyirdim ki, düşünmürdüm ki, ailə həyatı qurmaq lazımdır. Mən özüm üçün həm kişiyəm, həm də qadın. Allah məni belə yaradıb. Atam mənə maşına qədər alıb, gözəl evim-eşiyim var. Hər zaman fikirləşmişəm ki, kişi mənə mane ola bilər. Nişanlım olub, mənə qadağan etmişdi ki, mahnı oxumayacaqsan, mən də nişanı qaytardım. Bizim həyətimizdə bir akademikin oğlu var idi, dərdimdən dəli-divanə idi. Mənə görə çıxıb ölkədən getdi. İndiyə qədər də məni sevənlər olur, hətta aralarında əcnəbilər də var. Amma heç birini qəbul etmirəm. Çünki hər ərə gedib, evlənən xoşbəxt olmur. Mən belə daha rahatam, mane olanım yoxdur", - deyə müğənni bildirib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-12-2024