Mobil versiya
İqtisadiyyat naziri: “Türkiyəyə investisiya qoyuluşumuz 19 milyard dollardan çoxdur”
Tarix: 14-12-2021 | Saat: 12:21
Bölmə:Media | çapa göndər

İqtisadiyyat naziri: “Türkiyəyə investisiya qoyuluşumuz 19 milyard dollardan çoxdur”

Azərbaycan ərazilərinin azad edilməsi Türkiyə və Gürcüstanla iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yaradıb.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Bakıda keçirilən Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumu zamanı deyib.

"Pandemiyanın mənfi təsirinə baxmayaraq, biz bu gün forumda təkcə iqtisadiyyat nazirlərini deyil, həm də Gürcüstan və Türkiyədən iş adamlarını görürük. Hər kəsə məlum olduğu kimi, Azərbaycan öz ərazilərini işğaldan azad edib. Ərazilərin azad edilməsi ölkələrimiz arasında iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yaradıb. Bu format ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafına xidmət edəcək", - deyə nazir bildirib.

Qeyd edək ki, bu gün Bakıda Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumu işə başlayıb. Tədbirin açılışında Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava, Türkiyənin ticarət naziri Mehmet Muş və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov iştirak edirlər. Bu forum Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm layihələrin iştirakçısı olan Bakı, Tbilisi və Ankara arasında üçtərəfli əməkdaşlığı daha da gücləndirmək məqsədi daşıyır. Azərbaycan-Türkiyə-Gürcüstan Biznes Foruku 2012-ci ildən bəri keçirilir. Bakı sayca VI foruma ev sahibliyi edir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-01-2025