Mobil versiya
Dövlət qulluğuna test imtahanından müvəffəqiyyətlə keçən namizədlərin sertifikatlarının verilməsinə başlanılıb
Tarix: 14-12-2021 | Saat: 11:07
Bölmə:Təhsil | çapa göndər

Dövlət qulluğuna test imtahanından müvəffəqiyyətlə keçən namizədlərin sertifikatlarının verilməsinə başlanılıb

Dövlət İmtahan Mərkəzi tərəfindən oktyabrın 24-də dövlət qulluğunun B (inzibati icraçı) və noyabrın 21-də A (inzibati rəhbər) növünə aid vəzifələr üzrə keçirilmiş test imtahanlarında uğur qazanmış namizədlərin sertifikatlarının verilməsinə başlanılıb.

Mərkəzdən bildirilib ki, namizədlər şəxsiyyəti təsdiqləyən sənədi təqdim etməklə sertifikatı Mərkəzin Bakı şəhəri, Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasından və ya DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Göyçay, Şəmkir, Şirvan, Bərdə və Xaçmaz regional bölmələrindən əldə edə bilərlər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-04-2024