Mərkəzi Gömrük Hospitalının mütəxəssisi hamiləlik dövründə D vitamini çatışmazlığının fəsadları barədə danışıb
Tarix: 14-12-2021 | Saat: 11:04
Bölmə:Qərbi Azərbaycan | çapa göndər
Mərkəzi Gömrük Hospitalının Mama-Ginekologiya şöbəsinin rəisi, mama-ginekoloq, t.f.d., Dr.Təranə Bayramova “Həkim məsləhəti” rubrikasında “Hamiləlikdə D vitamininin rolu” mövzusunda ətraflı məlumat verib.
Hal-hazırda dünya əhalisinin 40-80%-ində D vitamini çatışmazlığı qeyd olunur. Orqanizmdə D vitamini sintezi insanların yaşadığı coğrafi zonadan, sosial şəraitdən və geyim tərzindən asılı olaraq dəyişir. D vitamini xolesteroldan sintez olunan və yağda həll olan steroid tərkibli bioloji aktiv maddədir. D vitamininin ən vacib qaynağı onun dəridə sintezi və nazik bağırsaqlardan absorbsiyasıdır.
İnsan orqanizmində D vitamini ehtiyacının 90%-i günəş şüalarının təsiri ilə sintez olunmaqla, 10%-i isə qida maddələri ilə təmin olunur. D vitamininin orqanizmdə əsas rolu kalsium, fosfor metabolizmi və sümük mineralizasiyası ilə əlaqəlidir. Bunlardan əlavə hüceyrə proliferasiyası və immun sistemin təşkilində D vitamininin funksionallığı görülməkdədir. D vitamini pankreatik β hüceyrələrə təsir etməklə insulin sekresiyasının tənzimində və insulinə rezistentliyin azalmasında da əhəmiyyətli rol oynayır. Son dövrlərdə aparılan araşdırmalar D vitamini çatışmazlığının və reseptor polimorfizminin raxit, I tip şəkərli diabet, ürək-damar xəstəlikləri, psoriaz, şizofreniya, Kron xəstəliyi, revmatoid artrit, çoxsaylı skleroz və vərəm xəstəliklərinin yaranması üçün risk faktoru olduğunu göstərmişdir.
Hamiləlik müddətində D vitamininə ehtiyac daha da artır. Bu səbəblə hamilələr D vitamini çatışmazlığı baxımından risk qrupuna aiddir. Hamiləlik zamanı ana qanında 25-hidroksi D vitamini miqdarının aşağı olması həm ana, həm də döldə bir sıra neqativ hallara gətirib çıxara bilər. Aparılan tədqiqatlar hamilələrdə D vitamini çatışmazlığının preeklampsiya, hestasional diabet, xolestaz, periodontal xəstəliklər, bakterial vaginoz, dölün bətndaxili inkişaf ləngiməsi, vaxtından əvvəl doğuş, cərrahi yolla doğuş riskini artırdığını göstərir. D vitamininin surfaktant sintezində iştirak etdiyi, dölün ağciyərlərinin inkişafında da rol oynadığı sübut edilmişdir. Bununla əlaqəli olaraq vaxtından əvvəl doğulmuş uşaqlarda D vitamini çatışmazlığı ilə respirator distres sindromu arasında əlaqənin olduğunu göstərən araşdırmalar mövcuddur. Qeyd etmək lazımdır ki, D vitamini səviyyəsi aşağı olan analardan doğulan uşaqlar raxit xəstəliyinə daha meylli olur və bu uşaqlarda I tip şəkərli diabet, bronxial astma və allergik rinit kimi immun sistemin disfunksiyası nəticəsində yaranan xəstəliklərə daha çox rast gəlinir.
Hamiləlik zamanı D vitamini çatışmazlığı davam edərsə, erkən yaşda sümük əriməsi – osteoporoz yarana bilər. D vitamini yetməzliyinə bağlı hamilələrdə çanaq və bel sümüklərində ağrılar meydana çıxa bilər. D vitamini çatışmazlığı zamanı orqanizmdə kalsium səviyyəsi pozularaq sümüklərdə kalsiumun qana keçməsi baş verir və sümüklərdə yumşalmalar yaranır. Sınıqlar baş verir, əzələ gücü azalmış olur. Nəticədə yerimə, enmə-qalxma hərəkətləri çətinləşir. Yıxılma riski artır, yorğunluq, bədənin bütün hissələrində ağrılar, depressiya, yuxu pozulmaları, yaddaşsızlıq baş verə bilir.
Yüksək risk qrupuna daxil olan qadınlara hamiləlik və südvermə zamanı D vitamini təyin olunmalıdır. Həm anada, həm də yenidoğulmuşda D vitamini çatışmazlığının profilaktikası məqsədilə hamiləlik müddətində 12 həftədən sonra günlük 400-1600 İU D vitamini təyin edilə bilər. Qeyd etmək lazımdır ki, düzgün qəbul edilmiş günəş vannası dərman istifadəsindən daha yararlıdır. Gündüz vaxtı 30 dəqiqə günəşlənmə ilə 10000-25000 İU vitamin D sintez olunur. Hamilənin yaşayış və geyim tərzindən, dəri rəngindən, bədən çəkisindən asılı olaraq həftədə ən azı 3 dəfə günəş işığı ilə birbaşa təmas və D vitamini ilə zəngin qidaların (balıq, yumurta, göbələk və süd məhsulları) qəbulu məsləhət görülür.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
13-11-2024