Mobil versiya
Neftçalada yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib
Tarix: 13-12-2021 | Saat: 17:14
Bölmə:Ölkə | çapa göndər

Neftçalada yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib


Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Neftçala şəhərində Heydər Əliyev prospekti ünvanında beşmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olması barədə məlumat daxil olub.

FHN-dən aia.az-a bildirilib ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

Yanğın nəticəsində beşmərtəbəli yaşayış binasının ümumi sahəsi 1080 m² olan dam örtüyünün yanar konstruksiyaları 70 m² sahədə və damda quraşdırılmış 5 ədəd plastik su çəni yanıb. Dam örtüyünün qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş mənzillərdən 30 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-05-2024