Mobil versiya
Həkim-terapevt: Virusun mutasiyaya uğraması onun zəifləməsinin əlamətidir
Tarix: 13-12-2021 | Saat: 13:20
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

Həkim-terapevt: Virusun mutasiyaya uğraması onun zəifləməsinin əlamətidir

Cənubi Afrikada yaranan və bu ilin noyabrında aşkar edilən yeni növ koronavirusun (COVID-19) “omikron” ştamı Azərbaycanda qeydə alınmasa da, həkimlər ehtiyatlı olmağa çağırırlar.

Həkim-terapevt Nahid Məhərrəmov deyib: “Omikron”un yayılması qorxu və təşviş yaratmamalıdır. Əksinə mutasiyanın çoxluğu, yeni mutasiyaların yaranması vəziyyətin yaxşılığa doğru dəyişdiyini göstərir, çünki tibbin bir qanunu var: hansısa virus mutasiyaya uğrayırsa, bu onun zəifləməyi deməkdir”.

Peyvəndin hər iki dozasını vurdurmayanlar və ya ikinci dozadan dörd-beş ay keçənlərdə “omikron”a yoluxma sayı artıb. Aparılan tədqiqatlar göstərir ki, vaksinin üçüncü dozasını qəbul edənlərdə neytrallaşdırıcı anticisimlərin səviyyəsi 25 dəfə artıb.

“Əhalinin peyvəndləməsi sürtələ davam etdirilməlidir, çünki peyvənd aparıldığı təqdirdə istənilən ştamdan qorunmaq mümkündür və birmənalı şəkildə sübut edilib ki, “omikron” ştamı “buster” dozası almayanlarda daha çox rast gəlinir”,- deyə həkim-terapevt bildirib.

aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024