Mobil versiya
Azərbaycanda neçə şəkərli diabet xəstəsi var?
Tarix: 08-12-2021 | Saat: 18:00
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

Azərbaycanda neçə şəkərli diabet xəstəsi var?

Azərbaycanda 270 mindən çox şəkərli diabet xəstəsi var.

AİA.Az Trend-ə istinadən xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev "Virtual Diabet Məktəbi" layihəsinin təqdimat mərasimində deyib.

Onun sözlərinə görə, bu xəstəlik üzrə son illərdə 6-7 faiz artım müşahidə olunur.

"Bəzi insanlar xəstə olduğunu bilmirlər. Ən vacib addım vaxtında xəstələrin aşkarlanmasıdır ki, bu, sonradan daha böyük xərclərə gətirib çıxarmasın. Şəkərli diabet xəstəsi diaqnozu qoyulan şəxsin əsas diqqət etməli olduğu məqam həyat tərzinin dəyişdirilməsidir. Siqaret və alkoqol kimi pis vərdişlərdən uzaq durulmalıdır. Bunlara vaxtında riayət edilərsə, xəstəliyin ciddi təsiri olmaz".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024