Mobil versiya
"Bankın depoziti qaytara bilməməsi..."
Tarix: 06-05-2016 | Saat: 14:49
Bölmə:İqtisadiyyat | çapa göndər




Dövlət banklarla yanaşı, dollarla kredit götürüb devalvasiyalardan sonra ödəniş edə bilməyənlərə də kömək etməlidir.

Aia.az xəbər verir ki, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

İqtisadçının sözlərinə görə, Maliyyə Bazarlarına Nəzarət Palatası depozitləri qaytara bilməyən "Bank Standard" KB-na müvəqqəti inzibatçı təyin edərək 6 ay ərzində bu banka 15 milyon manatlıq dəstək verəcək və bu dəstək vacibdir.

Lakin onun fikrincə, eyni dəstəyi dollarla kredit götürüb devalvasiyalardan sonra ödəniş edə bilməyənlərə də göstərmək lazımdır:
"Bankın depoziti qaytara bilməməsi ilə vətəndaşın krediti ödəyə bilməməsi arasında elə ciddi fərq yoxdur. Təbii ki, vətəndaşların zəhmətlə qazandıqları depozitləri bütün hallarda onların özünə tam şəkildə qaytarılmalıdır. Onsuz da banklar həmin depozitlərdən istifadə etməklə xeyli gəlir əldə ediblər. Digər tərəfdən, depozitlərin qaytarılmasındakı çətinlik heç də yalnız problemli kreditlərin həcminin artması ilə əlaqədar deyil.
Onsuz da əksər bank rəhbərləri uzun illər MDB məkanında ən yüksək faizli kreditlər paylamaqla böyük gəlirlər əldə ediblər. Yumşaq desək, bu banklar vətəndaşların qazandıqları pulların bir qismini uzun müddət yüksək faiz hesabına əllərindən alıblar. Belə olan halda, ödəniş edə bilməyən banklar maliyyə dəstəyi ala bilirlərsə, vətəndaşlar niyə kompensasiya almasın ki?!"

Aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə