Mobil versiya
COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Tarix: 07-12-2021 | Saat: 16:45
Bölmə:Səhiyyə | çapa göndər

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb


Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 35 926 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan aia.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 572, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 617, buster doza üzrə vaksinasiya olunanların sayı isə 26 737 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 739 068, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 103 256, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 597 903, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 037 909 təşkil edir.

AİA.AZ



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-05-2024