Mobil versiya
"Camaatdan pul yığıb müğənnilərə xərclənməlidir"
Tarix: 07-12-2021 | Saat: 14:15
Bölmə:Şou-biznes | çapa göndər

"Camaatdan pul yığıb müğənnilərə xərclənməlidir"

Əməkdar artist Cavanşir Məmmədov açıqlaması ilə müzakirələrə səbəb olub.

AİA.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni "Tarixin bir günü" verilişində sənət adamları ilə bağlı ideya irəli sürüb. O bildirib ki, insanlardan müğənnilərə yardım üçün pul yığmaq lazımdır:

"Bankda hesab açılmalıdır. Tutaq ki, Cavanşir Məmmədov "Xalq artisti" olmaq istəyir, xidmətlərim buna yol verir. 10 milyon millətimiz var. 5 milyonu kənara qoyaq, qalan beş milyon 50 qəpikdən 5, 10 minə qədər, gücü nəyə çatırsa, hesaba köçürsün. Hesabda 5 milyon yarandıqdan sonra Mədəniyyət Nazirliyinin balansında olsun. Sənət adamları xəstələnəndə həmin pul ona xərclənsin. Demir, filan müğənnini sevirəm, ona 50 qəpik, 1 manat verəndə dünya dağılır? O pul yığılandan sonra təsdiq edir ki, müğənnini sevirlər".

İfaçının bu fikirləri sosial şəbəkədə tənqid edilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024