Mobil versiya
Zaur meyxanaçı Kərimin evinə getdi
Tarix: 07-12-2021 | Saat: 13:55
Bölmə:Şou-biznes | çapa göndər

Zaur meyxanaçı Kərimin evinə getdi

Aparıcı Zaur Kamal bir neçə il öncə insult keçirən meyxanaçı Ağakərimi ziyarət edib.

AİA.az azxeber. com-a istinadən xəbər verir ki, aparıcı görüşündən olan görüntüləri "Həmin Zaur" verilişində yayımlanıb.

Meyxanaçının oğlu bildirib ki, atasının vəziyyəti yaxşı deyil: "Atam 5 ildir xəstədir, ümumi 2 ildir ki, yataq xəstəsidir. Beyinə qan sızdı, gecə yatdı, səhər duranda artıq vəziyyət pisləşmişdi, danışa bilmirdi. Həkimlər dedi ki, insult keçirib. Təzyiq, şəkəri də var idi. Hər ikisi eyni anda qalxanda yaxşı olmur. İndi ayaqlarında tutulma var.

Ayağında güc yoxdur ki, ayaq üstə dursun. Xəstəxanalarda müalicə alıb, amma həkimlər koronavirusun yayıldığı bir vaxtda məsləhət görüb ki, evdə müalicəsini davam etdirək. Onun meyxananı davam etdirməsini yox, sağalıb başımızın üstündə olmasını istəyirəm" deyə Kərimin oğlu bildirib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024