Mobil versiya
Abşeronda keçmiş arvadını öldürən şəxsin məhkəməsi başlayır
Tarix: 07-12-2021 | Saat: 10:52
Bölmə:Media | çapa göndər

Abşeronda keçmiş arvadını öldürən şəxsin məhkəməsi başlayır

Abşeron rayonunda qətl törətməkdə təqsirləndirilən Nurlan Sultanovun məhkəməsi başlayır.

Bu barədə rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, bu il avqustun 24-də rayonun Qobu qəsəbəsi ərazisində 1995-ci il təvəllüdlü Kəmalə Sultanovanın qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanan cinayət işinin ibtidai istintaqı tamamlanıb.

İstintaqla zərərçəkmişin keçmiş əri, 1989-cu il təvəllüdlü N.Sultanovun şəxsi münasibətlər zəmnində aralarında yaranan mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək azyaşlı uşaqlarının və anasının gözü qarşısında K.Sultanovanı qəsdən öldürməsinə və cinayətin qarşısını almağa çalışan K.Sultanovanın anasını itələyərək qəsdən sağlamlığa az ağır zərər vuran bədən xəsarəti yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanan kifayət qədər sübutlar əsasında N.Sultanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 127.2.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-01-2025