Mobil versiya
Türk Dövlətləri Təşkilatı tərəfindən Afrikanın iki ölkəsinə vaksin yardımı edilib
Tarix: 07-12-2021 | Saat: 09:25
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

Türk Dövlətləri Təşkilatı tərəfindən Afrikanın iki ölkəsinə vaksin yardımı edilib

Türk Dövlətləri Təşkilatı (TDT) adından yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə məqsədilə Afrikanın Burkina-Fason və Toqo ölkələrinə vaksin göndərilib.

Yadım üçün Azərbaycan, Türkiyə, Özbəkistan və Macarıstan tərəfindən ümumilikdə 611 min 200 doza vaksin toplanıb. Azərbaycan bu məqsədlə yardım karvanına 100 min doza Sinovac peyvəndi ayırıb. Bildirilir ki, artıq TDT adından təyyarə ilə göndərilən humanitar tibbi yardım mənzil başına çatıb.

Qeyd edək ki, Azərbaycan da daxil olmaqla türk dövlətləri hər zaman koronavirus infeksiyasına qarşı peyvənd millətçiliyinə qarşı olublar və mövqelərini açıq və qəti şəkildə ifadə ediblər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024