Mobil versiya
Muğanbankda kiçik və orta biznes kreditləri üzrə təcrübə proqramı
Tarix: 06-12-2021 | Saat: 13:30
Bölmə:İqtisadiyyat | çapa göndər

Muğanbankda kiçik və orta biznes kreditləri üzrə təcrübə proqramı

Muğanbankda kiçik və orta biznes kreditləri üzrə təcrübə proqramı

"Muğanbank" ASC gələcək karyerasını kiçik və orta biznes kreditləri üzrə qurmaq istəyən gənclər üçün təcrübə keçmək imkanı yaradır.

Təcrübə proqramına qoşulmaq üçün iqtisadiyyat və maliyyə üzrə ali təhsil almış 25 yaşadək gənclər "Muğanbank" ASC-yə müraciət edə bilərlər.

Təcrübə Proqramına cəlb ediləcək namizədlər üçün aşağıdakı tələblər mövcuddur:

- Riyazi biliklər;

- Məntiqi və analitik düşünmə qabiliyyəti;

- Yaxşı səviyyədə kompüter bilikləri (ofis proqramları mütləqdir)

- Ünsiyyət və təqdimat bacarığı.

Təcrübə müddəti 3 aydır. Təcrübə müddətini uğurla başa vuran gənclərdən ən yüksək nəticə göstərənlər işlə də təmin oluna bilərlər.

Təcrübə Bakı filiallarını əhatə edəcək.

Təcrübə proqramı həftədə beş dəfə olmaqla tam iş gününü əhatə edir (saat 9:00-18:00) və ödənişsizdir. Proqrama qoşulmaq istəyənlər 17.12.2021-ci il tarixinədək CV-lərini mövzu sətrində "Təcrübə proqramı" qeyd edərək, [email protected] ünvanına göndərər bilərlər.

Nəzərinizə çatdırmaq istəyirik ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024