“Omikron” ştamına qarşı mübarizə vasitələri qəbul edilmiş sanitar-gigiyena qaydalarıdı
Tarix: 06-12-2021 | Saat: 13:12
Bölmə:Qərbi Azərbaycan | çapa göndər
Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma dinamikası əhalinin sayına görə yüksəkdir. COVID-19-un yeni aşkarlanan “omikron” ştamı hələ kifayət qədər öyrənilməyib, onun hansı fəsadlar törədə biləcəyi müəyyən deyil. Əslində, bir sıra ölkələrdə sərhədlərin bağlanmasının səbəbi də yeni ştamın ölkədə yayılmasını gecikdirməkdir, çünki müəyyən vaxtdan sonra ştam haqqında bəzi məlumatar toplanır, xəstəliyin kliniki gedişi aydın olur. Azərbaycanda hazırda təxminən 25 min aktiv koronavirus xəstəsi var, lakin çarpayı sayı kifayətdir, yəni xəstəxanalarda yüklənmə yoxdur. Buna baxmayaraq, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məsləhətlərini dinləmək və onlara əməl etmək lazımdır. Yoluxmadan qorunmaq üçün sosial məsafə saxlamaq, şəxsi gigiyenaya diqqət yetirmək və qoruyucu vasitələrdən istifadə etmək vacibdir.
Bu fikirləri Mərkəzi Gömrük Hospitalının Təcili yardım şöbəsinin həkimi Bəylər İmanov deyib.
Həkim-mütəxəssis bildirib ki, koronavirusun “omikron” ştamına qarşı mübarizə vasitələri qəbul edilmiş sanitar-gigiyena qaydalarıdır: “Yunan əlifbasının 15-ci hərfi ilə adlandırılan “omikron” ştamında onlarla mutasiya birləşib. Virus tam müalicə olunmayan xəstələrin orqanizmində uzun müddət qalıb və qəfildən bir neçə mutasiya eyni vaxtda baş verib. Nəticədə, virus müalicəyə və profilaktik qaydalara öyrəşdiyi üçün bütün xüsusiyyətlərini dəyişərək “omikron” ştamı səviyyəsinə çatıb. Hazırda dəqiq araşdırma işi gedir, müəyyənləşdirmə aparılır. Onu da qeyd edim ki, “omikron” ştamının müvafiq proteinində koronavirusa qarşı yaranan anticisimlərin birləşərək virusa qalib gəldiyi hissədə də 10-a yaxın mutasiya aşkar edilib. Ona görə də biz daha çox diqqətli olmalı, ehtiyatı əldən verməməliyik. Vətəndaşlar vaksinasiyanın əhəmiyyətini unutmamalıdırlar. Həmçinin “buster” dozanın vurulması da vacibdir. Yeni ştamın araşdırılmasından sonra vaksinlərə bir daha baxılacaq. Bəzi istehsalçı şirkətlər vaksin preparatlarının yeni ştama uyğun hazırlanacağını deyiblər. Vətəndaşlar gigiyenik qaydalara əməl edərək və peyvənd olunaraq özlərinə və yaxınlarını qoruya bilərlər”.
AİA.AZ
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər