Mobil versiya
Məşhur aktrisa qızının fotosunu heç paylaşmamışdı
Tarix: 06-12-2021 | Saat: 12:27
Bölmə:Şou-biznes | çapa göndər

Məşhur aktrisa qızının fotosunu heç paylaşmamışdı

AİA.Az sherq.az-a istinadən xəbər verir ki, bu günlərdə isə aktrisa, görünür yorğunluğuna artıq qalib gəldiyindən pozitiv enerji ilə körpə qızı Leyla ilə birgə fotosunu instagram hesabında paylaşıb. Bərgüzar Korelin yorğunluğu çətin keçirdiyi hamiləliyi və ağır keçən doğuşla bağlı idi.

Leyla xoşbəxt evlilikləri 12 ildir davam edən Bərgüzar Korellə Halit Ergincin üçüncü övladıdır. Aktrisanın payıaşdığı foto izləyicilər tərəfindən çox bəyənilib. Aktrisa qızını çox çətinliklə dünyaya gətirdiyini deyib:

"Evdən çıxarkən "səhər saat 10-a qədər ancaq dünyaya gələr", deyə düşünürdüm. Həkimim "körpənin doğumunun gecikməsinin bir səbəbi var. Göbək bağı boynuna dolanmış ola bilər", demişdi. Qızımın gəlişi gecikirdi. Xəstəxanada 11 saat sancı içində qalmışam. Nəhayət, düşündüyüm kimi səhər saat 10-na yaxın qızım dünyaya gəldi, göbək bağı boğazına dandığından qucağıma da ala bilmədim. Körpənin başı da "tərs" idi. Yəni, anlayacağınız, yerə yox, göyə baxaraq gəldi Leylamız".
Bərgüzar Korel ona yardım göstərən həkimlərə də minnətdarlıq edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024