Mobil versiya
Qarabağda yeni iqtisadi quruculuğu təmin etməliyik - Emin Hüseynov
Tarix: 06-12-2021 | Saat: 12:07
Bölmə:Media | çapa göndər

Qarabağda yeni iqtisadi quruculuğu təmin etməliyik - Emin Hüseynov

Biz Qarabağda yeni iqtisadi quruculuğu təmin etməliyik. Qarşımızda duran əsas vəzifə budur.

Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “İşğaldan azad olunmuş ərazilərin innovativ inkişaf imkanları” mövzusunda keçirilən konfrans zamanı deyib.

O bildirib ki, bir şəhərin tamamilə dağıdılması, o bölgənin əhalisinin tam olaraq məcburi köçkün halına salınması, etnik təmizləmə siysətinin həyata keçirilməsi dünyanın heç bir yerində görülməyib.

“Qarabağda baş verən bu cür məqsədyönlü vandalizm aktlarını görmək, bilmək üçün oraya səfər etmək kifayətdir.

Bu gün bizim apardığımız müzakirə yalnız söz üzərində qalmamalıdır. Bunları həyata keçirmək bizim borcumuzdur.Yeni, ən qabaqcıl texnologiyaları orada istifadə etməliyik. Qarabağda yeni iqtisadiyyat quruculuğunu təmin etməliyik. Qarşımızda duran əsas vəzifə budur”,- deyə o qeyd edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-01-2025