Mobil versiya
Ağdaşda iki nəfərin ölümünə səbəb olan sürücü məhkəmə zalında həbs edilib
Tarix: 04-12-2021 | Saat: 14:46
Bölmə:Media | çapa göndər

Ağdaşda iki nəfərin ölümünə səbəb olan sürücü məhkəmə zalında həbs edilib

Şəki Ağır Cinayətlər Məhkəməsində Ağdaş rayonunda yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən İ.Əliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına verilmə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib və İ.Əliyev məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, hadisə bu il martın 18-i saat 1 radələrində Ağdaş rayonunun Yengicə kəndi ərazisində qeydə alınıb.

Belə ki, Gəncə şəhər sakini İ.Əliyev idarə etdiyi “Volkswagen” markalı mikroavtobusu qarşıda gedən Ağdam rayon sakini Ə.Səmədovun idarə etdiyi “ZİL” markalı yük avtomobilinə vurub. Nəticədə mikroavtobusdakı sərnişinlərdən - F.Verdiyev və C.Babayev hadisə yerində ölüb, bir nəfər isə xəstəxanaya yerləşdirilib.

Onun barəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-01-2025