bp-nin azad olunmuş ərazilərdə tikəcəyi elektrik stansiyasının investisiya dəyəri açıqlanıb
Tarix: 04-12-2021 | Saat: 10:43
Bölmə:İqtisadiyyat | çapa göndər
Azərbaycanın azad olunmuş ərazilərində 240 meqavatt gücündə elektrik stansiyasının tikintisi ilə bağlı bp-nin layihəsinə qoyulacaq investisiyanın ümumi həcmi ilkin hesablamalara görə 200 milyon dollardır.
Bunu Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Əmmayev deyib.
Onun sözlərinə görə, azad edilmiş ərazilərdə "yaşıl enerji" zonasının yaradılması konsepsiyası çərçivəsində kiçik su elektrik stansiyalarının bərpası layihələrinin icrası və bp ilə əldə olunmuş razılaşmanın texniki qiymətləndirilməsi üzrə işlərin həyata keçirilməsi planlaşdırılır.
"Kəlbəcərdə 100 meqavatt gücündə külək elektrik stansiyasının tikintisi layihəsinə özəl investisiyaların cəlb olunması planlaşdırılır. Bu layihə çərçivəsində hazırlıq işləri artıq başlayıb. Konsepsiyanın təsdiq olunmasından sonra, həmçinin bir sıra pilot layihələr reallaşdırılacaq ki, bunlar sayəsində "yaşıl enerji"nin istifadəsinin səmərəliliyi barədə qiymət vermək mümkün olacaq", - deyə o bildirib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-11-2024
13:53 Türkiyədə zəlzələ oldu