Mobil versiya
Masazırda şəhid Nicat Salahovun il mərasimi keçirildi
Tarix: 03-12-2021 | Saat: 15:59
Bölmə:Media | çapa göndər

Masazırda şəhid Nicat Salahovun il mərasimi keçirildi

Ölkəmizin bütövlüyü uğrunda silaha salıralaraq qəhrəmancasına döyüşən, öz canını vətəninə qurban verən əsgər Salahov Nicat Fikrət oğlunun il mərasimi keçirilib. İl mərasimində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Dövlət Təhlükəsizliyi Xidmətinin Abşeron Rayon İdarəsinin rəisi Ruslan Rəhimov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin rəisi, polkovnik Hüseyn Quliyev, Abşeron rayon prokuroru Qabil Qasımov, Yeni Azərbaycan Partiyasının Aberon Rayon Təşkilatının sədri Bilman Vəliyev, Abşeron rayon İdman və Gənclər idarəsinin rəisi

Əsgər Əmrəliyev, şəhid ailələri, qazilər, veteranlar, gənclər və rayon ictimaiyyəti iştirak edib.
Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, göstərdiyi şücaət və qəhrəmanlıqlardan söz açılıb. Ruhuna dualar oxunub.
RİH başçısı İ.Gülməmmədova şəhidimizin ailə üzvlərinin qayğıları, problemləri ilə maraqlanıb.
Allah bütün şəhidlərimizi rəhmət eləsin.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-01-2025