Mobil versiya
Qəzada həlak olan polkovnik Əbiyevi necə xilas etmişdi?
Tarix: 01-12-2021 | Saat: 08:17
Bölmə:Cəmiyyət | çapa göndər

Qəzada həlak olan polkovnik Əbiyevi necə xilas etmişdi?

Dövlət Sərhəd Xidmətinə məxsus olan helikopter Xızı rayonu ərazisində yerləşən Qaraheybət aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması zamanı şəhid olan polkovnik Füzuli Cavadov illər əvvəl Səfər Əbiyevi ölümdən xilas edib.

AİA.Az Bizim.media-ya istinadən xəbər verir ki, məlumata görə şəhid polkovnik çox təcrübəli pilot olub.

İllər əvvəl Səfər Əbiyev F.Cavadovun idarə etdiyi helikopterdə olarkən təxminən 5 km hündürlükdə motorlardan biri dayanıb. Bu zaman helikopter hava boşluğuna düşüb.

Şəhid Füzuli Cavadov bir motorla heç bir qəza törətmədən helikopteri və içərisindəki nazir və digər yüksək rütbəli zabitləri sağ-salamat aşağı endirməyi bacarıb



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024