Goranboy məktəbləri yüksək göstəricilərlə öyünə bilərlər
Tarix: 23-11-2021 | Saat: 17:27
Bölmə:Təhsil | çapa göndər
Goranboy rayon Quşçular kənd H.Cəfərov adına tam orta məktəbin təhsildə əldə etdiyi uğurlar kimləri narahat edir?
Azərbaycan iqtisadiyyatının dinamik inkişafı ölkənin təhsil sisteminin də inkişaf etdirilərək ən yüksək dünya standartları səviyyəsinə çıxarılması üçün geniş imkanlar yaratmışdır. Məlumdur ki, məhz təhsil sahəsinin inkişafı dövlətimizin prioritet olaraq müəyyənləşdirdiyi əsas istiqamətlərdən biridir. Ölkə təhsilinin ümumi inkişafını təmin etmək üçün bu sahədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyən edilmiş dövlət strategiyası hazırda rayon və bölgələrimizdə də uğurla həyata keçirilməkdədir. Birmənalı olaraq demək olar ki, təhsilin inkişafı istisnasız olaraq respublikanın bütün regionlarında daim diqqət mərkəzində saxlanılır. Tədris müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, yeni məktəb binaları inşa edilir, mövcud məktəb binaları təmir olunur və ya yenidən qurulur.
Bu gün təhsil sahəsində kifayət qədər yüksək göstəricilərin əldə olunduğu, dinamik inkişafın müşahidə edildiyi bölgələrimizdən biri də Goranboy rayonudur. Respublikamızın digər bölgələrində olduğu kimi, Goranboy rayonunda da təhsilin inkişafı istiqamətində mühüm işlər görülür. Təhsilə göstərilən xüsusi diqqət və qayğının nəticəsidir ki, rayon üzrə ali məktəblərə daxil olanların sayı ildən-ilə artır.
Təbii ki, Goranboyun təhsil sahəsində əldə olunmuş uğurlu nəticələrdə rayonun bütün məktəb və digər təhsil müəssiəsi kollektivlərinin öz payı vardır. Bununla belə, etiraf etmək lazımdır ki, öz nəticələri ilə digərlərini qabaqlayan təhsil müəssisələrinin xüsusi qeyd oluması da son dərəcə məqsədəuyğundur. Çünki qabaqcıl təcrübələrin təbliği və yayılması istənilən halda ümumi inkişafı stimullaşdırır. Məhz bu baxımdan Goranboy rayon Quşçular kənd H.Cəfərov adına tam orta məktəbin nailiyyətləri və qabaqcıl təcrübəsi də bir çox digər müəssisələr üçün faydalı örnək ola bilər.
Qeyd etmək lazımdır ki, bu gün Goranboy rayon Quşçular kənd H.Cəfərov adına tam orta məktəbin yüksək göstəricilərə malik olmasında heç şübhəsiz bu təhsil müəssisəsinin pedaqoji kollektivinin və ilk növbədə bu kollektivə rəhbərlik edən Ceyhun Cahangirovun böyük əməyi vardır. Demək olar ki, bütün ömrünü gənc nəslin təlim-tərbiyəsinə həsr etmiş Ceyhun müəllim Goranboyun təhsil sisteminin inkişafına əvəzsiz tövhələr vermişdir. Əbəs yerə deyil ki, bu gün Ceyhun Cahangirovun zəngin bilik və təcrübəsindən onun bir çox həmkarları, xüsusilə də gənc nəslin nümayəndələri məmnuniyyətlə bəhrələnirlər.
Xüsusi olaraq bir məqamı da vurğulamaq istərdik ki, bu gün Quşçular kənd H.Cəfərov adına tam orta məktəbində şagirdlərin elmi biliklərə yiyələnmələri ilə yanaşı uşaq və gənclərimizin milli-vətənpərvər ruhda formalaşmaları istiqamətində də səmərəli iş aparılır. Məhz bu baxımdan məktəbdə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələrinin əbədiləşdirilməsi, tarixi günlərin qeyd olunması məqsədlərinə xidmət edən tədbirlərin yüksək səviyyədə keçirilməsi ənənəsi də böyük əhəmiyyət kəsb edir. O cümlədən 05 noyabr 2021-ci il tarixdə Goranboy rayon Quşçular kənd H Cəfərov adına tam orta məktəbdə "8 noyabr-Zəfər Günü" ilə əlaqədar olaraq təntənəli bayram tədbiri keçirilib. Tədbirdə şəhid ailə üzvləri, qazilər, 1-ci və 2-ci Qarabağ müharibəsi iştirakçıları, kənd icra nümayəndəsi və digər qonaqlar iştirak ediblər. Bayram tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra açıq elan olunub, şəhidlərimizin müdəqqəs ruhu bir dəqiqəlik sükutla yad edilib. Məktəbin direktoru Ceyhun Cahangirov çıxış edərək Zəfər Günü münasibətilə müəllim və şagird kollektivini, qazilərimizi, qonaqları ürəkdən təbrik edbi.Tədbirdə Zəfər günü ilə əlaqədar " Qarabağ Azərbaycandır" adlı rəsm, şeir və inşa yazı müsabiqələrində yer tutan şagirdlər Fəxri fərmanla təltif olunublar. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı dilənib. Tədbirdə iştirak edən qazilər və Vətən müharibəsi iştirakçıları da 44 günlük Zəfər yolundan söz açıblar. Əsgər və zabitlərimizin göstərdikləri şücaətdən, qəhrəmanlıq xatirələrindən danışıblar. Daha sonra şagirdlərin ifasında şeirlər, mahnılar, səhnəciklər və kompozisiyalar ifa olunub. Tədbirdən sonra "Şəhidlər Xiyabanı" ziyarət olunaraq şəhidlərimizin əziz ruhuna dualar oxunub.
Əminliklə demək olar ki, Ceyhun Cahangirovun peşəkar rəhbərliyi altında Goranboy rayon Quşçular kənd H.Cəfərov adına tam orta məktəbin müəllim və şagird kollektivi bundan sonra daha böyük nailiyyətlərə imza atacaqlar.
Biz də çox istərdik ki, bu kiçik yazını elə bu nikbin notlar üzərində bitirək. Amma təəssüflər olsun ki, bu gün bəzi saytlarda Goranboy rayon Quşçular kənd H.Cəfərov adına tam orta məktəbin direktoru Ceyhun Cahangirova qarşı aparılan “qara piar” kampaniyası bizi də bu məsələ ilə bağlı mövqeyimizi bildirməyə və əldə etdiyimiz bəzi məlumatları təqdim etməyə məcbur edir. İlk növbədə tam məsuliyyətlə bəyan edirik ki, Ceyhun Cahangirov barəsində dərc olunan məlumatlar tamamilə iftira xarakterlidir və bu kampaniyanın mahiyyətində tək bir məktəb direktorunu deyil, ümumilikdə Goranboy rayonunun təhsil sistemini ləkələmək məqsədi durur. Məlumat üçün bildirək ki, Ceyhun Cahangirov 2015-ci il avqust ayında “Direktorların işə qəbulu” müsabiqəsində Goranboy rayonu üzrə ən yüksək (48) bal toplayaraq TN-nin 2015-ci il sentyabr ayında verilmiş əmrinə əsasən Quşçular kənd H.Cəfərov adına tam orta məktəbin direktoru vəzifəsinə təyin edilib. Bu isə birmənalı olaraq o deməkdir ki, Ceyhun Cahangirovun özünün təhsili və təyinatı ilə bağlı ortaya atılan iddialar tamamilə əsassızdır və böhtan xarakteri daşıyır. Saytda bu və digər ittihamların müəllifləri kimi təqdim olunan insanların isə (əgər onlar ümumiyyətlə mövcuddurlarsa) nə Quşçular kəndinə, nə də H.Cəfərov adına tam orta məktəbə uzaqdan-yaxından heç bir aidiyyatları yoxdur. Belə məlum olur ki, bu ittihamların müəllifi sadəcə olaraq hansısa öz şəxsi maraqları naminə təfriqə yaratmaq, qabaqcıl təhsil işçilərini ləkələmək və bu yolla Goranboy rayonunun təhsil sisteminin inkişafını az da olsa ləngitmək məqsədini güdür. Əlbəttə ki, qaragüruhçuların bu məqsədlərinə çatmaqları mümkünsüzdür və biz inanırıq ki, hörmətli həmkarlarımız da tezliklə bu məsələnin əsl mahiyyətini özləri üçün aşkar edəcək və bu kimi yazıların öz saytlarında dərc olunmasına yol verməyəcəklər.
Tahir Əliyev
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-11-2024
13:53 Türkiyədə zəlzələ oldu