Mobil versiya
“Buta Airways” Moskvaya reyslərin sayını artırır
Tarix: 23-11-2021 | Saat: 13:24
Bölmə:İqtisadiyyat | çapa göndər

“Buta Airways” Moskvaya reyslərin sayını artırır

Azərbaycanın aşağıbüdcəli aviadaşıyıcısı “Buta Airways” Bakıdan Moskvanın “Jukovski” hava limanına və geriyə yerinə yetirilən xüsusi reyslərin sayını artırır.

Bu barədə “Buta Airways” aviaşirkətinin mətbuat xidməti məlumat yayıb.

Aviaşirkət tərəfindən həftənin cümə günləri “Jukovski” hava limanına yerinə yetirilən uçuşlara əlavə olaraq, 15 dekabr tarixindən etibarən həftənin çərşənbə günləri də həftəlik reys əlavə olunacaq.

Ölkədəki epidemioloji vəziyyətlə əlaqədar tətbiq olunan məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri yalnız iki tarif üzrə təklif edir – “Standart” və “Super”. Hər iki tarifə ödənişsiz yer seçimi və hava limanında qeydiyyat daxildir. Həmin reyslərə biletləri “Buta Airways” aviaşirkətinin rəsmi saytından (“Super” və “Standart” tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən (yalnız “Super” tarifi üzrə) əldə etmək mümkündür. Aviabiletlərin dəyəri 55 avrodan başlayır.

Pandemiya dövründə qeyd edilən reyslərə həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstərilir. Reyslərə yalnız COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunur. Rusiyaya səfər etməyi planlaşdıran bütün sərnişinlərə uçuşdan əvvəl bu ölkə ərazisinə giriş zamanı tətbiq olunan qayda və məhdudiyyətlərlə tanış olmaları tövsiyə olunur.

Müvafiq məlumat aviaşirkətin saytında dərc olunmuşdur: https://www.butaairways.az/az/covid/russia

Rusiyaya səfər edən bütün xarici vətəndaşlar “COVID-19 olmadan səyahət edirik” mobil əlavəsini smartfonlarına yükləməli və PCR-testinin nəticəsini həmin mobil əlavəyə daxil etməlidirlər.

Azərbaycana giriş qaydaları haqqında məlumatla burada tanış olmaq mümkündür: https://www.butaairways.az/az/covid/azerbaijan

PCR-testin mənfi nəticəsi barədə arayışda onun həqiqiliyini təsdiq edən QR-kodun olması tövsiyə edilir. Belə kodun mövcudluğu hava limanında rəsmiyyət prosedurlarından daha sürətli keçməyə kömək edəcəkdir. COVID-19 testinin nəticəsi uçuşdan əvvəl 72 saat ərzində etibarlı olmalıdır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024