Mobil versiya
Nazirlik məktəblilər üçün notbuklar alınmasında qanunsuzluqlara yol verib? - Rəsmi cavab
Tarix: 22-11-2021 | Saat: 17:32
Bölmə:Manşet / Təhsil | çapa göndər

Nazirlik məktəblilər üçün notbuklar alınmasında qanunsuzluqlara yol verib? -

Təhsil Nazirliyi məktəblilər üçün notbukların alınması zamanı qanunsuzluğa yol verilməsi ilə bağlı iddialara münasibət bildirib.

aia.az-ın xəbərinə görə, nazirlikdən bildirilib ki, notbukların alınması üçün tender elan olunub.

"Nazirliyin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən bu il ərzində ayrılan büdcə vəsaitləri çərçivəsində təhsil müəssisələrində təhsil alan şagirdlərin notbuklarla təmin olunması məqsədi ilə notbukların satınalınması üzrə tender elan edilib.

Tender nəticəsində qalib gələn "İnfinitech" MMC ilə noyabrın 19-da 6 874 ədəd notbukların alınması üzrə 5604922,12 manat dəyərində müvafiq satınalma müqaviləsi bağlanıb", - Təhsil Nazirliyindən qeyd olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024