Mobil versiya
Qarabağda investisiyaların dəstəklənməsi üçün layihə hazırlanıb
Tarix: 18-11-2021 | Saat: 11:43
Bölmə:İqtisadiyyat | çapa göndər

Qarabağda investisiyaların dəstəklənməsi üçün layihə hazırlanıb

Azərbaycanın azad edilmiş ərazilərində investisiyaların dəstəklənməsi üçün layihə hazırlanıb.

Bunu İqtisadiyyat Nazirliyinin Ərazilərin bərpası və inkişafı departamentinin direktor müavini Vüsal Qarayev Bakıda "Ağıllı şəhər" infrastrukturunun inkişafı sahəsində Rusiya şirkətlərinin işgüzar missiyası zamanı deyib.

"Bu layihədə həmin ərazilərə investisiyalarla bağlı bütün nüanslar, investisiyaların artırılması üçün imkanlar, investisiya üçün uyğun sektorlar və digər məsələlər əks olunub. Xarici investorların dəstəklənməsi də vacib addımdır. Azərbaycan hökuməti bu istiqamətdə zəruri vasitələr hazırlayıb", - deyə o bildirib.

V.Qarayevin sözlərinə görə, Ağdam sənaye parkı kiçik və orta biznes üçün əlverişli zonadır:

"Öz növbəsində "Araz vadisi iqtisadi zonası" böyük nəqliyyat və tranzit potensialına malikdir. Burada tikinti materiallarının istehsalı və satışı təşkil oluna bilər. Burada həm də logistika mərkəzləri tikilə bilər", - direktor müavini deyib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024