Həkim-infeksionist: COVID-19 xəstələrinin yalnız 8 faizində antibiotik istifadəsi zəruridir
Tarix: 18-11-2021 | Saat: 09:50
Bölmə:Qərbi Azərbaycan | çapa göndər
Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrin yalnız 8 faizində antibiotik istifadəsi zəruridir. Təəssüf ki, bugünkü reallıq başqadır. Demək olar ki, bütün COVID-19 xəstələrinin müalicəsində antibiotik istifadəsi müşahidə olunur. Əslində isə antibiotik istifadəsi yalnız həkim rəyi əsasında tətbiq edilməlidir. Nəzərə almaq lazımdır ki, COVID-19 xəstəliyinin müalicəsində antibiotik istifadəsi immuniteti zəiflədərək ağciyərlərdə fəsadlaşmaya səbəb olur.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-infeksionist Təyyar Eyvazov nazirliyin instaqram səhifəsində COVID-19 mövzusunda çıxışı zamanı deyib.
Həkim-mütəxəssis koronavirus xəstələrinin müalicəsində yol verilən səhvlər barədə danışıb. Qeyd edib ki, bir çox xəstələrə hormonların verilməsi də ziyandır: “Hormonlar yalnız oksigen dəstəyinə qoşulanlar üçün lazımlıdır. Həmçinin müxtəlif qan durulaşdırıcı dərman preparatlarının yerli-yersiz qəbulu da yanlışdır. Əgər xəstənin bədənində kiçik yara varsa, qan durulaşdırıcı dərman qanaxmalara yol aça, hətta ölüm halları da baş verə bilər. Həmin dərman preparatları da yalnız həkim-mütəxəssis tərəfindən təyin edildiyi halda qəbul edilməlidir”.
T.Eyvazov, həmçinin bir çox hallarda xəstələrin tibb bacıları tərəfindən və yaxud da virusa yoluxan yaxınlarının resepti əsasında müalicə edildiyinin şahidi olduqlarını vurğulayıb.
“Bu, tamamilə yanlışdır, çünki hər xəstənin orqanizmi fərqlidir. Yanlış müalicələr ağırlaşmalara gətirib çıxara bilər. Biz hələ pandemiyanın elə mərhələsindəyik ki, vaksinasiya hədəfinə çatmamışıq. Əksinə, mutasiya virusun daha yoluxucu formaya gəlib çatmasına zəmin yaradıb və digər respirator infeksiyalar xəstələrin sayının artmasına şərait yaradıb. Kütləvi immunitetin formalaşması üçün vətəndaşlar mütləq vaksinasiyada iştirak etməlidirlər. Yalnız belə olan halda COVID-19 virusuna müəyyən mənada qalib gələ bilərik”, - deyə həkim-infeksionist bildirib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024