Mobil versiya
AZAL Əl-Küveyt şəhərinə uçuşlar yerinə yetirməyə başlayır
Tarix: 16-11-2021 | Saat: 17:25
Bölmə:İqtisadiyyat | çapa göndər

AZAL Əl-Küveyt şəhərinə uçuşlar yerinə yetirməyə başlayır

“Azərbaycan Hava Yolları” aviaşirkəti Heydər Əliyev Beynəlxalq Aeroportundan Küveytin paytaxtı Əl-Küveyt şəhərinə və geriyə xüsusi reyslər yerinə yetirməyə başlayır.

AZAL-dan verilən məlumata görə, Bakı-Əl-Küveyt-Bakı marşrutu üzrə birbaşa reyslərin 15 dekabr tarixindən həyata keçirilməsi nəzərdə tutulur.

Reyslər həftədə iki dəfə - çərşənbə və şənbə günləri “Airbus A319” hava gəmisində yerinə yetiriləcək.

AZAL-ın bu və digər reyslərinə aviabiletləri aviaşirkətin rəsmi saytında, həmçinin aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkündür.

Reyslərə yalnız COVID-19 pandemiyası səbəbindən tətbiq edilən epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.

Küveytə səyahət etməyi planlaşdıran bütün sərnişinlərə uçuşdan əvvəl bu ölkə ərazisinə giriş zamanı tətbiq olunan qayda və məhdudiyyətlərlə tanış olmaları tövsiyə olunur. Müvafiq məlumat aviaşirkətin saytında dərc olunub.

Azərbaycana giriş qaydaları haqqında məlumatla linkdən tanış olmaq mümkündür.

Sərnişin Əl-Küveytdən Bakıya uçuş zamanı COVID-19-a dair testi dövlət tərəfindən akkreditə olunmuş və PCR-testi üsulu ilə analiz götürən istənilən klinika və ya laboratoriyada verə bilər. PCR-testin mənfi nəticəsi barədə arayışda onun həqiqiliyini təsdiq edən QR-kodun olması tövsiyə edilir. Belə kodun mövcudluğu hava limanında rəsmiyyət prosedurlarından daha sürətli keçməyə kömək edəcəkdir.

COVID-19 testinin nəticəsi uçuşdan əvvəl 72 saat ərzində etibarlı olmalıdır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024