Mobil versiya
Çörəyin çəkisinə və satış qiymətlərinə dair tənzimlənmənin müəyyən edilməsi ilə bağlı müzakirələr aparılıb
Tarix: 15-11-2021 | Saat: 15:04
Bölmə:İqtisadiyyat | çapa göndər

Çörəyin çəkisinə və satış qiymətlərinə dair tənzimlənmənin müəyyən edilməsi ilə bağlı müzakirələr aparılıb

Dövlət Vergi Xidməti (DVX) ölkə iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı qarşılaşdıqları çətinliklər və təkliflərinin öyrənilməsi istiqamətində qarşılıqlı əməkdaşlığı və görüşləri davam etdirir.

DVX-dən bildirilib ki, növbəti görüş Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsi, Tədris Mərkəzi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və çörək istehsalı ilə məşğul olan aparıcı vergiödəyicilərinin nümayəndələrinin iştirakı ilə onlayn formatda keçirilib.

Görüşdə un məmulatlarının satışının, çörək istehsalı ilə əlaqədar lazım olan qatqıların, qablaşdırma məhsulları və avadanlıqların idxalının ƏDV-yə cəlb olunması, ƏDV-yə cəlb edilən və azad olunan əməliyyatların uçotunun aparılması, çörəyin çəkisinə və satış qiymətlərinə dair tənzimlənmənin müəyyən edilməsi, həmçinin un məhsullarının istehsalçılarına un alışı üçün verilən subsidiya ilə bağlı müzakirələr aparılıb.

Görüşdə səsləndirilən məsələlərlə bağlı müvafiq izahatlar verilib və dövlət-biznes əməkdaşlığının bundan sonra da davam etdiriləcəyi bildirilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024