Mobil versiya
AzMİU-nun Vətən müharibəsində şəhid olmuş məzununun məzarı ziyarət edilib
Tarix: 15-11-2021 | Saat: 14:44
Bölmə:Təhsil | çapa göndər

AzMİU-nun Vətən müharibəsində şəhid olmuş məzununun məzarı ziyarət edilib

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələri Vətən müharibəsində şəhid olmuş məzunu Zaur Dövlətovun II Fəxri xiyabandakı məzarını ziyarət ediblər.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, ziyarətdə fakültənin dekan müavinləri Nazim Cəfərov və Tural Əliyev, İnşaat konstruksiyaları kafedrasının müdiri Müxlis Hacıyev, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov iştirak ediblər.

Universitetin kollektivi torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş, erməni işğalçıları ilə döyüşlərdə şəhid olmuş bütün qəhrəman Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər, unudulmaz xatirələrini ehtiramla anıblar. Sonra şəhidin məzarı üzərinə əklil qoyublar, ruhuna dualar oxuyublar.

Xatırladaq ki, Zaur Dövlətov AzMİU-nun İnşaat fakültəsini bitirib. Vətən müharibəsi günlərində Füzuli, Hadrut, Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşub. Noyabrın 9-da Şuşa uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Zaur Dövlətov “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-05-2024