DİM: 15 nəfər TOEFL iBT imtahanı verib
Tarix: 15-11-2021 | Saat: 11:28
Bölmə:Təhsil | çapa göndər

Dövlət İmtahan Mərkəzində (DİM) növbəti TOEFL iBT imtahanı keçirilib.
Mərkəzdən bildirilib ki, imtahan DİM-in Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında təşkil olunub. COVID-19 pandemiyası ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində imtahan binasına gələn iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə edilib və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.
İmtahanda 15 nəfər iştirak edib. Onlar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.
Növbəti TOEFL iBT imtahanının noyabrın 27-də keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı DİM-in saytında yerləşdirilmiş linkdən əldə etmək mümkündür.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər