UNEC rektoru tələbə təşkilatlarına sədrlik iddiasında olan namizədlərlə görüşüb
Tarix: 12-11-2021 | Saat: 17:43
Bölmə:Təhsil | çapa göndər
UNEC rektoru professor Ədalət Muradov tələbə-rektor və tələbə təşkilatlarına sədrlik iddiasında olan namizədlərlə görüşüb.
Görüşdə namizədlərin təbliğat-təşviqat kampaniyasının təşkili, seçkiyə hazırlığın vəziyyəti barədə müzakirələr aparılıb. Bildirilib ki, namizədlərin müəyyən olunması üçün təşkil edilən müsabiqə imtahanında dünyanın aparıcı universitetlərinin təcrübəsi tətbiq olunub. Müsabiqədən uğurla keçən 34 namizədin hər biri UNEC-in rəsmi sosial şəbəkələrində, eləcə də Radio UNEC-də öz təbliğat-təşviqat kampaniyasını apara bilər. Təşviqat kampaniyası noyabrın 14-də dayandırılacaq.
Tədbirdə UNEC Ekstern Mərkəzinin direktoru Zaur Əzizov onlayn səsvermə platforması barədə ətraflı məlumat verib. Bildirilib ki, tələbə şəxsi kabinetindən hər təşkilatdan bir namizədə bir dəfə səs verə biləcək. Səsvermə qaydaları barədə videotəlimat seçkidən öncə tələbələrin şəxsi kabinetlərinə göndəriləcək.
Onlayn səsvermə UNEC-in rəsmi Youtube kanalında canlı yayımlanacaq. Həmçinin facebook səhifəsində seçkinin gedişi barədə məlumatların operativ çatdırılması məqsədilə canlı bağlantılar olacaq.
Görüşdə tələbələr təkliflərlə çıxış ediblər. Onlayn səsvermənin 15 noyabr saat 09.00-20.00-dək keçirilməsi qərara alınıb.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-11-2024
13:53 Türkiyədə zəlzələ oldu