Mobil versiya
Novruzəli Aslanov: “Ulu Öndərin müəllifi olduğu Konstitusiya ölkəmizdə hüquqi dövlət quruculuğu prosesinə güclü təkan verdi”
Tarix: 12-11-2021 | Saat: 15:04
Bölmə:Manşet / Siyasət / Seçilənlər-7 | çapa göndər

Novruzəli Aslanov: “Ulu Öndərin müəllifi olduğu Konstitusiya ölkəmizdə hüquqi dövlət quruculuğu prosesinə güclü təkan verdi”

“1993-cü ildə, öz müstəqilliyini yeni bərpa etmiş Azərbaycanın dərn böhran işərisində olduğu, vətəndaş müharibəsi və ölkənin parçalanması kimi real təhlükələrlə üz-üzə qaldığı çətin məqamda, ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə xalqın təkidli tələbi ilə qayıdışı müstəqil Azərbaycan dövlətçiliyinin əsasını qoydu. Ulu Öndər xalqı müstəqil Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdirməklə özünün tarixi missiyasını yerinə yetirdi və dövlətçiliyik tariximizin şərəfli səhifələrini yazdı. Ümummilli Liderin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsindətezliklə ölkəmizdə qanunçuluq və hüquq qaydası bərpa edildi. Bütün bunlar isə Azərbaycan xalqının və dövlətinin tarixində ilk milli Konstitusiyanın qəbul edilməsi üçün lazımi ictimai-siyasi şəraitin yaradılması ilə nəticələndi. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Novruzəli Aslanov deyib.

Millət vəkili həmçinin bildirib ki, 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü Konstitusiyasıdır: “Məlum olduğu kimi, Azərbaycanın Konstitusiya quruluşunun tarixi SSRİ dövrünə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ildə, SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci ildə və son Konstitusiya 1978-ci ildə qəbul olunmuşdu. Təbii ki, bu konstitusiyalar tamamilə SSRİ Konstitusiyasına uyğunlaşdırılmışdı və Azərbaycan xalqının milli mənafeylərinə qətiyyən xidmət edə bilməzdi. Xalqın təkidli tələbi ilə ölkədə ikinci dəfə hakimiyyətə gələn ulu öndər Heydər Əliyev ilk növbədə Azərbaycan dövlətçiliyini məhzv olmaq təhlükəsindən xilas etdi. Bundan sonra isə Ümummilli Lider bütün sahələrdə böyük uzaqgörənliklə və əzmkarlıqla əsaslı islahatlar həyata keçirməyə başladı. Məhz bu islahatlar respublikamızı inkişaf yoluna çıxardı. Bununla da ölkədə qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna imkan verən ictimai-siyasi şərait yarandı. 1995-ci ilin mayında ulu öndər Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyası formalaşdırıldı. Komissiyanın hazırladığı bitkin, əhatəli Konstitusiya layihəsi 1995-ci ilin oktyabrında ümumxalq müzakirəsinə verildi. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı. Referendumda seçicilərin 86 faizi iştirak etdi və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verdi. Əsas Qanun noyabrın 27-də hüquqi qüvvəyə mindi. Ulu öndərin rəhbərliyi altında hazırlanmış müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirdi, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxardı. Yeni Konstitusiya humanizm və demokratiya prinsipləri ilə ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, dövlətçiliyimizin tərəqqisi naminə hərtərəfli zəmin yaratdı. Məhz Heydər Əliyevin gərgin əməyinin bəhrəsi olan bu böyük tarixi və hüquqi sənəd Azərbaycanın müstəqillik yolunda daha da inamla addımlamasına, milli-mənəvi dəyərlərimizin qorunması və əhalinin rifahının təmin edilməsi üçün geniş imkan yaratdı.”

Daha sonra Novruzəli Aslanov bu il ölkəmizdə Konstitusiya gününün daha böyük coşqu ilə qeyd olunduğunu vurğulayaraq bunları deyib: “Bu il Azərbaycan xalqı ilk dəfə olaraq Konstitusiya gününü tam fərqli bir şəraitdə, əsil bayram əhval-ruhiyəsində qeyd edir. Bunun da səbəbi əlbəttə ki, Vətən müharibəsində əldə olunmuş tarixi Zəfərimizdir. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının müəllifi olan ulu öndər Heydər Əliyev bütün fəaliyyəti dövründə Qarabağ həqiqətlərini bütün dünya ictimaiyyətinə olduğu kimi çatdırmaq üçün var qüvvəsi ilə çalışmışdır. Ümummilli Liderimiz bütün beynəlxalq tədbirlərdə Qarabağın işğal altında saxlanılan ərazilərinin Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olmasını təkidlə vurğulamış, beynəlxalq ictimaiyyətin diqqətini bu problemin həllinə cəlb etməyə çalışmışdır. Ulu öndər Heydər Əliyev işğal altındakı torpaqlarımızın azad olunması məqsədilə danışıqların aparılması ilə yanaşı, Azərbaycan Ordusunun formalaşması və gücləndirilməsinə xüsusi diqqət yetirirdi. Məhz ulu öndərimizin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda milli ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Məlum olduğu kimi, 2003-ildən sonra ordu quruculuğu prosesi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildi və qısa müddət ərzində müasir hərbi texnika ilə təchiz edilmiş, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan qüdrətli Azərbaycan Ordusu yaradıldı. Məhz bu rəşadətli ordu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində Qarabağda Zəfər bayrağımızı qaldırdı. Bu möhtəşəm tarixi Qələbə Heydər Əliyev siyasi kursunun əzəmətini bir daha bütün dünyaya nümayiş etdirdi.”

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024