Mobil versiya
Qarabağda dabaq xəstəliyindən azad zona yaradılsa, ixrac imkanlarımız artacaq - Agentlik
Tarix: 12-11-2021 | Saat: 14:37
Bölmə:Media | çapa göndər

Qarabağda dabaq xəstəliyindən azad zona yaradılsa, ixrac imkanlarımız artacaq - Agentlik

Azərbaycanda 2001-ci ildə dabaq xəstəliyinin yayılmasına görə bəzi hallarda iribuynuzlu heyvanların ixracında müəyyən məhdudiyyətlə üzləşmişik.

Bunu Qida Təhlükəsizliyi Agentliyinin Heyvan sağlamlığı şöbəsinin müdiri Qabil Əbdüləliyev Azərbaycanda heyvan xəstəliklərindən azad zonaların yaradılması mövzusunda keçirilən tədbirdə çıxışında deyib.

Onun sözlərinə görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı Azərbaycana bu xəstəlikdən azad statusu vermədiyi üçün məhdudiyyətlər davam edir:

"Lakin ərazilərimiz işğaldan azad olunduğu üçün həmin bölgələrdə dabaq xəstəliyinə görə azad zona kimi çıxış etmək imkanımız yaranıb. Şərqi Zəngəzur və Qarabağda dabaq xəstəliyindən azad zona yaradılması ilə çıxış etmək istəyirik. Hazırda tauna görə bütün ölkə, dabaq xəstəliyinə görə isə qeyd edilən bölgənin azad statusu almasından sonra ixrac imkanlarımız artacaq".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-01-2025