Deputat: Əgər Ermənistan üçtərəfli Bəyanatın icra olunmamış bəndlərini yerinə yetirməsə, bunu öz gücümüzlə həll etməyə məcbur olacağıq
Tarix: 11-11-2021 | Saat: 11:45
Bölmə:Gündəm | çapa göndər
Ötən il noyabrın 10-da Rusiya və Azərbaycan Prezidentləri, eləcə də Ermənistanın baş naziri arasında üçtərəfli Bəyanat imzalandı. Bu Ermənistanın kapitulyasiyası kimi tarixə düşdü. Bu sənədin hazırlanmasında Ermənistanın baş nazirinin hər hansı bir təklifi nəzərə alınmamışdı. Üçtərəfli Bəyanatın bütün bəndləri Prezident İlham Əliyevin diqtəsi və tələbi ilə hazırlanaraq ölkəmizin gələcək milli maraqlarının Ermənistana qəbul etdirilməsi demək idi. Tarixdə belə kapitulyasiya sənədləri çox imzalanıb. Məsələn, 1945-ci ildə Moskva vaxtı ilə 01:03-də Karlshorst şəhərində Almaniyanın qeyd-şərtsiz təslim olması ilə bağlı kapitulyasiya aktını qeyd edə bilərik. Bu aktla müharibənin sonlandığı elan olunmuş və SSRİ öz qələbəsini elan etmişdi.
10 noyabrda imzalanan üçtərəfli Bəyanat da bunun oxşarıdır. Həmçinin imzalanma şəraiti və vaxtı da buna bənzəyir. Yəni, gecə saatlarında Ermənistan tam təslim olmasını bəyan edəndən sonra bu sənəd imzalandı.
Azərbaycanın müharibə etmək və yenidən şəhidlər vermək niyyəti yox idi. Buna görə də münaqişənin beynəlxalq hüquqlarla həll olunmasının tərəfdarı idi. Ermənistanın müəyyən istəkləri nəzərə alınmaqla münaqişəni danışıqlar masası üzərində həll etmək mümkün idi. Amma Ermənistan rəhbərliyinin apardığı düşmənçilk siyasəti müharibəni qaçılmaz etdi. Belə ki, 30 ilə yaxın bir müddətdə bütün beynəlxalq tribunalardan dünya ictimaiyyətinə münaqişənin danışıqlar yolu ilə həll olunması üçün Ermənistana təsir göstərilməsinə çağırışlar edirdik. BMT TŞ-da torpaqlarımızın qeyd-şərtsiz azad olunması ilə əlaqədar 4 qətnamə qəbul olunmuşdu. Bu qətnamələrin icra edilməsi və münaqişənin danışıqlar yolu ilə həll edilməsi üçün vasitəçilik missiyası ATƏT-in Minsk qrupuna verildi. Amma 28 ildə Minsk qrupunun həmsədrləri regiona turistik səfərlər etdi və BMT-nin qətnamələrinin icra edilməsi üçün Ermənistana heç bir təzyiq göstərmədi. Hətta, əksinə olaraq münaqişənin dondurulması və əbədiləşdirilməsi üçün fəaliyyət göstərirdi. Prezident İlham Əliyev bütün görüşlərdə və beynəlxalq təşkilatlarda hər zaman deyirdi ki, münaqişə danışıqlar yolu ilə həll olunmazsa, Azərbaycan müharibə yolu ilə işğala son qoyacaqdır. 2000-ci illərin əvvələrində münaqişənin danışıqlar yolu ilə həll olunacağına bir az ümidimiz vardı. Amma, sonradan bütün danışıqlar nəticəsiz qaldığından münaqişənin həll olunacağına da ümüdlər sıfırlanmışdı.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Prezident İlham Əliyevin ölkəmizin iqtisadi gücünün artırılması istiqamətində yürütdüyü siyasət haqqında danışan deputat bildirib: “Prezident İlham Əliyev Azərbaycanı iqtisadi cəhətdən tam müstəqil ölkəyə çevirə bildi. Bununla paralel ordunun gücləndirilməsi sahəsində də tədbirlər gördü. Ordumuzun arsenalına müasir silahlar əlavə olundu və ölkəmizin müdafiə sənayesi inkişaf etdirildi. Ordumuz hərbi təlimlərdə iştirak etməklə peşəkarlığını daha da artırdı. Prezident İlham Əliyev müharibəyə hazır olduğumuzu və əgər bizi buna vadar edərlərsə, qısa zamanda torpaqlarımızı işğaldan azad edəcəyimizi açıq şəkildə ifadə edirdi. Amma, Ermənistan cəzasızlıqdan istifadə edərək, öz havadarlarına arxalanaraq təmas xəttində təxribatlarını genişləndirməyə başladı. Beləki, 2016-cı ilin aprelində Ermənistanın təxribatının qarşısının alınması məqsədilə ordumuz gücündən qismən istifadə etməklə cavab tədbirləri gördü. Böyük itkilərə məruz qalan Ermənistan yalvararaq müharibənin dayandırılmasını və danışıqlar yolu ilə münaqişənin həllinə razı olduğunu xahiş etdi. Nəticədə 4 günlük hərbi əməliyyatlarımızla Lələtəpə və bir neçə strateji yüksəklikləri əhatə edən iki min hektardan çox ərazimizi işğaldan azad etdik. Bu uğurun davamı kimi 2018-ci ilin may ayının 20-dən 27-ə qədər Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən aparılan əks-həmlə əməliyyatı ilə 11 min hektardan çox ərazimizi və strateji yüksəklikləri nəzarətimizə qaytardıq. Hərbi əməliyyatlar dayandırılandan sonra S.Sarkisyan yenə öz sözünə əməl etmədi və 2018-ci ildə ermənilər onu tarixin zibilliyinə atdılar. 2018-ci ildə N.Paşinyan hakimiyyətə gəldi və yenə də münaqişənin danışıqlar yolu ilə həll olunmasına ümidlər yarandı.
N.Paşinyan Prezident İlham Əliyevdən hakimiyyətini möhkəmləndirmək üçün vaxt istədi. Həmçinin münaqişənin danışıqlar yolu ilə həll olunmasının tərfdarı olduğunu bildirdi. Amma N.Paşinyan da öz erməni xislətində qaldı və hakimiyyətini möhkəmləndirdikdən sonra hərəkətləri ilə danışıqlar masasından çıxdığını nümayiş etdirmiş oldu. Şuşada qondarma qurumun prezidentinin andiçmə mərasimi keçirməsi, separatçı qurumun parlamenti üçün binanın tikiləcəyini açıqlaması çox suallara aydınlıq gətirdi. Həmçinin N.Paşinyanın Qarabağ Ermənistandır və nöqtə ifadəsini işlətməsi onun Azərbaycandan vaxt udmaq istəməsinin sübutu idi. Ermənistanın müdafiə nazirinin ABŞ-da yeni ərazilər uğrunda yeni müharibə edəcəyini açıqlaması, N.Paşinyanın əgər Azərbaycan ərazilərini geri qaytarmaq istəyirsə qoy müharibə edib geri alsın deməsi xalqımızın milli hisslərinin təhqir edilməsi idi ki, düşmən bu hərəkətlərlə müharibəni qaçılmaz etdi. 2020-ci ilin 12 iyulunda Ermənistan qoşunları Tovuz rayonu istiqamətində hücuma keçdilər. Azərbaycan silahlı qüvvələri təxribat yaratmağa çalışan düşməni ciddi itkilər verməyə məcbur etdi. Avqust ayının 28-də ermənilərin diversiya-təxribat qrupu münaqişənin təmas xəttində zərərsizləşdirildi və onların komandiri əsir götürüldü. Azərbaycanın məqsədi müharibə etmək deyildi. Biz istəyirdik ki, Ermənistan bizim hərbi gücümüzü görsün və anlasın ki, onlar müharibə ilə heç bir uğura nail ola bilməyəcəklər.
Amma təəssüf ki, Ermənistan 27 sentyabrda yenidən təxribata əl atdı. Prezident İlham Əliyev ölkədə qismən səfərbərlik elan etdi və ordumuza hücum əmri verdi. Beləliklə 44 günlük Vətən müharibəsinə bizi Ermənistan məcbur etdi. Müharibə müddətində Azərbaycan ordusu yalnız irəliləyərək, hər gün yeni yaşayış məntəqələrini azad edirdi. Prezident İlham Əliyev müharibənin ilk günündən Ermənistana qoşunlarının Azərbaycan ərazisindən çıxarılması və rayonların azad edilməsi ilə bağlı qrafikin verilməsini bəyan edirdi. N.Paşinyan və onun komandası isə dezinformasiya yaymaqla öz xalqını aldatmağa davam edirdi. Bir yandan da hər keçən gün onların ziyanına gedirdi. Nəhayət 8 noyabrda erməni ordusu tamamilə darmadağın edildi və Şuşa işğaldan azad olundu. N.Paşinyan yenə Moskvaya ağız açaraq Azərbaycanın bütün şərtlərini qəbul edəcəyini və müharibənin dayandırılmasını istədi. Beləliklə, Prezident İlham Əliyevin istəyinə uyğun olaraq 9 bənddən ibarət üçtərəfli Bəyanat tərtib edilərək imzalandıqdan sonra müharibəni qalibiyyətlə başa vurduq”.
“Prezident İlham Əliyev bəyan etdi ki, münaqişə əvvəl müharibə meydanında, sonra da siyasi yolla həll edildi. Üçtərəfli Bəyanatın imzalanmasından sonra bir güllə atılmadan, şəhid verilmədən ermənilər üç rayonumuzu boşaltdılar. Bundan əlavə, Azərbaycan Ermənistanla olan 500 kilometrdən çox sərhədini bərpa etmiş oldu. Üçtərəfli Bəyanata əsasən Zəngəzur dəhlizi açılmalı, Naxçıvanla quru yolla əlaqəmiz yaranmalıdır. Təəssüf ki, hələ də üçtərəfli Bəyanatın 4 bəndi icra olunmamış qalmaqdadır. Beləki, Rusiya sülhməramlı qüvvələrin Qarabağa gəlişi ilə paralel olaraq erməni silahlı birləşmələri Azərbaycan ərazilərini tərk etməli idi. Amma Qarabağın ermənilərin yaşadığı ərazilərində hərbi birləşmələr bu günə qədər qalmaqdadırlar. Zəngəzur dəhlizinin açılması istiqamətində Azərbaycanın üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsinə baxmayaraq, Ermənistan tərəfi hələ ki hər hansı bir ciddi addım atmayıb. Müvəqqəti məskunlaşmış sülhməramlıların nəzarəti altındakı ərazilərə BMT-nin Qaçqınlar üzrə Ali Komssarlığının nəzarəti altında məcburi köçkünlər və qaçqınlar öz yurdlarına qayıtmalıdırlar. Amma bu iş də hələ ki öz həllini tapmayıb. Ermənistan və Azərbaycan arasındakı dövlət sərhədləri delimitasiya və demarkasiya olunaraq sülh müqaviləsi imzalanmalıdır. Həmçinin bütün kommunikasiyalar açılmalı olduğu halda bu məsələ də həll olunmamış qalmaqdadır. Bu günlərdə üçtərəfli Bəyanatın imzalanmasının bir ili tamam olur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan sənədi stolun üzərində saxlanması üçün imzalamayıb. Əgər Ermənistan Azərbaycanın verdiyi bu imkanı düzgün dəyərləndirib nəticə çıxarmasa, unutmasın ki, “Dəmir yumruq” yerindədir. Əgər Ermənistan üçtərəfli Bəyanatın icra olunmamış bəndlərini yerinə yetirməsə, bunu öz gücümüzlə həll etməyə məcbur olacağıq”, - deyə A.Badamov vurğulayıb.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
04-02-2025