Mobil versiya
Fransada keçirilən etiraz aksiyalarında 300-dən çox adam saxlanılıb
Tarix: 10-09-2025 | Saat: 20:36
Bölmə:Özəl | çapa göndər

Fransada keçirilən etiraz aksiyalarında 300-dən çox adam saxlanılıb

Fransada kütləvi etirazlar zamanı saxlanılanların sayı 327 nəfərə çatıb, BFMTV ölkənin Daxili İşlər Nazirliyinin məlumatlarına istinadən xəbər verir.
Telekanalın məlumatına görə, çərşənbə günü səhər saatlarından etibarən Fransanın müxtəlif bölgələrində həbslər aparılır. Etirazçıların dəqiq sayı barədə məlumat verilmir.

Sentyabrın 8-də Fransanın baş naziri Fransua Bayru hökuməti deputatların ona etimad göstərməməsindən sonra istefa verib.

Bu arada, Parisdə etirazçılar hökumətin təklif etdiyi qənaət tədbirlərindən narazılıq əlaməti olaraq “Hər şeyi blokla” kütləvi hərəkatı çərçivəsində küçələri bağlayır və alov yandırırlar.

Kütləvi etirazlarda 100 min insan iştirak edir. Vətəndaşların narazılığına səbəb ölkənin 2026-cı il büdcəsi haqqında qanun layihəsi olub. Hakimiyyət əvvəllər nəzərdə tutulan 40 milyard avro əvəzinə bir neçə maddə üzrə 43,8 milyard avro qənaət etmək niyyətində olub. Hökumətin planına görə, pensiya və sosial müavinətlər indeksləşdirilməyəcək, Müdafiə Nazirliyindən başqa heç bir idarənin büdcəsi artmayacaq.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-09-2025