Münaqişəni Azərbaycan öz gücü ilə həll edib
Tarix: 10-11-2021 | Saat: 12:49
Bölmə:Media | çapa göndər
Son 17 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə öz hərbi qüdrətini və iqtisadi imkanlarını artıran, uğurlu diplomatik fəaliyyət həyata keçirən Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə nail oldu. Ölkəmiz 44 günlük Vətən müharibəsi dövründə işğalçı Ermənistanı döyüş meydanında darmadağın edərək kapitulyasiya aktına imza atmağa məcbur etdi.
Beləliklə, Azərbaycanın öz qüdrəti ilə yaratdığı yeni situasiya regionda vəziyyəti tamamilə dəyişdirdi. Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun Fransadan və ABŞ-dan olan həmsədrlərini qəbul edərkən bildirdi ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli regionda vəziyyəti dəyişdirmişdir: “Hazırda regionda tamamilə yeni vəziyyət mövcuddur. Azərbaycan 30 ilə yaxın davam edən münaqişəni həll etdi, buna güc yolu və siyasi vasitələrlə nail oldu”.
Əlbəttə, sözügedən yeni reallıq həm də bir sıra məqamların üzərinə işıq saldı. Əvvəla, Azərbaycan sübuta yetirdi ki, “münaqişənin hərbi həll varintı yoxdur” deyənlər tamamilə səhv mövqedədirlər. Prezident İlham Əliyev bu zamana qədər dəfələrlə qeyd etmişdi ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır, amma Ermənistan işğal etdiyi torpaqlardan çıxmasa, biz məsələni hərbi yolla həll edəcəyik. Elə məhz bu cür də oldu. Birincisi, Ermənistan işğalçı siyasətini, təcavüzkar mövqeyini davam etdirdi, yeni təxribatlara əl atdı. İkincisi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, ATƏT-in Minsk qrupunun həmsədrləri qətiyyətli mövqe ortaya qoymadılar. Onların işğalçı ilə işğala məruz qalan tərəf arasında heç bir fərq qoymaması, qərəzli mövqeyi münaqişənin sülh yolu ilə həllinə imkan vermədi. Bir tərəfdən Ermənistanın ardıcıl təxribatları, digər tərəfdən ATƏT-in Minsk qrupunun cılız mövqeyi Azərbaycan xalqının səbrinin tam tükənməsinə səbəb oldu. Beləliklə, Azərbaycan əks-hücum əməliyyatları ilə münaqişənin həllini təmin etdi, torpaqlarımız işğaldan azad edildi. Minsk qrupu isə yararsız və səmərəsiz qurum kimi yadda qaldı.
Beləliklə, uzun illərdir beynəlxalq təşkilatların sülh yolu ilə həll edə bilmədikləri, əslində isə, həll etməyə borclu olduqları bu münaqişəni Azərbaycan öz gücü, səriştəsi hesabına həll etdi. Dövlətimiz bu günə qədər necə düzgün siyasət həyata keçiribsə, bundan sonra da bu uğurlu siyasət davam etdiriləcək və regiondakı gücünü, qüdrətini, nüfuzunu qoruyub saxlayacaq. Əldə olunan bu üstünlük bizə imkan verəcək ki, hər zaman güclü olaraq qalaq. Ancaq təəssüflər olsun ki, kapitulyasiya aktını imzalayan Ermənistan bu günə qədər hələ də reallıqları qəbul edə bilmir, Ermənistanın daxilindəki hazırkı biabırçı mənzərə və gərgin vəziyyət, Paşinyana qarşı artan etirazlar, bununla müqayisədə Azərbaycan xalqının əhvali-ruhiyyəsi, bayram sevinci yeni reallıqları nümayiş etdirir.
Qalib Azərbaycan dövləti, Müzəffər Ali Baş Komandan qarşımıza qoyulan missiyanı artıq yerinə yetirib. Ərazi bütövlüyümüz bərpa olunub, bu gün ölkəmizin qarşısında duran əsas hədəf bərpa və quruculuq, Qarabağa əbədi qayıdışdır. Bununla bağlı da möhtəşəm tədbirlər həyata keçirilir. Ermənistan tərəfindən viran qoyulan, talanan, dağıdılan, yandırılan, məhv edilən ərazilərimizin bərpası, yenidənqurulması işləri geniş vüsət alıb. Ermənistanın tək çıxış yolu ərazi iddialarından əl çəkmək, ümumiyyətlə, Dağlıq Qarabağ ifadəsini işlətməmək, bu münaqişənin bitdiyini və tarixdə qaldığını etiraf etmək, revanşist fikirlərindən tamamilə daşınmaqdır. Azərbaycan əzəli torpaqlarını işğaldan azad edib. Ermənilər də bütün bunlardan nəticə çıxararaq gələcəkdə daha ağır və rəzil vəziyyətə düşməmək üçün öz öhdəliklərini yerinə yetirməli, Azərbaycanla davamlı sülhə hazır olduqlarını bildirməlidirlər. Əks təqdirdə, Ermənistan bu sonuncu şansını da itirə bilər.
Əlişir Əliyev,
Salyan rayon Gənclər və İdman İdarəsinin əməkdaşı
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-01-2025