Mobil versiya
Rektor Gülçöhrə Məmmədova: 44 günlük Vətən müharibəsi tariximizin ən parlaq səhifəsidir
Tarix: 05-11-2021 | Saat: 09:48
Bölmə:Təhsil | çapa göndər

Rektor Gülçöhrə Məmmədova: 44 günlük Vətən müharibəsi tariximizin ən parlaq səhifəsidir

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 8 Noyabr - Zəfər Günü ilə əlaqədar tədbir keçirib.

AzMİU-dan bildirilib ki, tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, iştirakçılar universitetdəki Şəhidlər guşəsində Vətən müharibəsi şəhidlərinin adlarının həkk olunduğu mərmər lövhənin üzərinə tər güllər qoyub, xatirələrini anıblar.

Universitetin rektoru professor Gülçöhrə Məmmədova Zəfər Günü münasibətilə iştirakçıları təbrik edib. Bildirib ki, 44 günlük Vətən müharibəsi tariximizin ən parlaq səhifəsidir. Qalib Azərbaycan xalqı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Rektor universitetin tələbə və məzunlarının Vətən müharibəsində iştirak etdiyini, 24 gəncin şəhid olduğunu deyib.

Sonra universitetin məzunu şəhid Rauf İbadovun atası Məhərrəm İbadov, kafedra müdiri Sahib Fərzəliyev, qazi tələbə Orxan Məmmədli, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov çıxış edərək möhtəşəm Qələbəmizin tarixi əhəmiyyətindən söz açıblar.

Tədbir çərçivəsində Zəfər Gününə həsr olunmuş sərginin açılışı olub. Mərasimin iştirakçıları tələbələrin Qələbəmizə həsr etdikləri əl işlərindən ibarət sərgi ilə tanış olublar. Ən yaxşı işlərə görə tələbələrə diplomlar və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, sərgidə tarixi Zəfəri əks etdirən rəsm əsərləri, zirehli maşınların maketləri, işğaldan azad olunmuş rayonlarımızda abadlıq-quruculuq işlərini əks etdirən eskizər və s. nümayiş olunur.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024