Mobil versiya
Hər bir peyvənd uşaqlara vaxtında vurulmalıdır
Tarix: 05-11-2021 | Saat: 09:08
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

Hər bir peyvənd uşaqlara vaxtında vurulmalıdır

Peyvəndlər immun sistemində bir çox xəstəliklərlə daha səmərəli mübarizə aparmağa kömək edir. Peyvənddən sonra virus orqanizmə daxil olsa da, immunitet onu məhv edir. Hərçənd ki, bəzi valideynlər övladlarına peyvənd vurdurmaqdan çəkinirlər.

Həkim-pediatr Günay Rəsulova bildirib ki, gecikdirilən peyvəndlər uşaqları xəstəliklərə qarşı müdafiəsiz edir: “Bəzən valideynlər əsassız olaraq peyvəndi gecikdirirlər. Məsələn, uşağın iki aylığında vurulmalı peyvəndi bir yaşında vurdurmaq istəyir. Bu, tamamilə yanlışdır, çünki iki aylığında edilməli peyvənd körpənin həyatı üçün çox vacibdir. Peyvəndin qoruduğu infeksion xəstəliyə körpə yoluxduqda ya ağırlaşma ilə keçirə bilər, ya da ölümlə nəticələnə bilər”.

O əlavə edib ki, körpənin ilk üç peyvəndi doğum evində ilk 12 saat ərzində hepatit B-yə qarşı aparılır. Dördüncü-yeddinci günündə vərəm və poliomielitə qarşı peyvənd vurulur. Ərazi üzrə poliklinikaya qeydiyyata alınandan sonra isə tetanus, göyöskürək, hemofil infeksiyası, pnevmokok, məxmərək və qızılcaya qarşı peyvəndləmə aparılmalıdır.

Həkimin dediyinə görə, peyvənd sağlam uşağa vurulmalıdır. Allergiyası kəskinləşən, ciddi xəstəliyi olan uşaqlara peyvənd vurdurmaq olmaz: “Bəzən valideynlər hesab edirlər ki, əvvəl uşağı müayinə etmək, analiz vermək və yalnız bundan sonra peyvənd edilməlidir. Ümumiyyətlə, tibdə belə bir şey yoxdur. Doğrudur, peyvənddən əvvəl uşaq müayinə edilib yoxlanılmalı, yanaşı hər hansı bir xəstəliyi olub-olmaması aydınlaşdırılmalıdır. Məsələn, qripə yoluxan, öskürəyi və qızdırması olan uşaqlara peyvənd vurulması müvəqqəti olaraq təxirə salınır və sağaldıqdan sonra peyvənd aparılır”.

Qeyd edək ki, peyvənddən sonra əmələ gələn ağrı, yüngül qızdırma, temperaturun yüksəlməsi halları tamamilə normaldır. Həmin narahatlıqlar əsasən 3-5 gün ərzində keçir. Ancaq valideynlər ciddi narahatlıq hiss etdikdə dərhal həkimə müraciət etməlidirlər.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024