Mobil versiya
Energetika naziri “Uniper” şirkətinin baş vitse-prezidenti ilə görüşüb - FOTOLAR
Tarix: 04-11-2021 | Saat: 17:44
Bölmə:İqtisadiyyat | çapa göndər


Energetika naziri “Uniper” şirkətinin baş vitse-prezidenti ilə görüşüb

Energetika naziri Pərviz Şahbazov Almaniyanın “Uniper” şirkətinin qaz təchizatı və mənşəyi üzrə baş vitse-prezidenti Uve Fipin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə “Uniper” şirkətinin iştirakı ilə ölkəmizdə reallaşdırılmaqda olan layihələrdən bəhs edilib, layihələrin icra vəziyyəti barəsində, eyni zamanda şirkətin qlobal olaraq cari fəaliyyət istiqamətləri, müxtəlif ölkələrdə həyata keçirdiyi layihələr, hidrogendən enerji məqsədli istifadə sahəsində təcrübəsi haqqında məlumat verilib.

Dünyada enerji keçidi prosesi, qaz bazarlarında cari vəziyyət, hidrogen istehsalı, ötürülməsi və saxlanması texnologiyaları, karbon qazının tutulması və saxlanması texnologiyaları kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb. Enerji keçidi fonunda enerji resurslarının şaxələndirilməsinin əhəmiyyəti və keçid prosesində təbii qazın vacib rolu vurğulanıb.

Azərbaycanda “yaşıl enerji”dən istifadə sahəsində həyata keçirilən layihələr və gələcək planlar haqqında məlumat verilib, Xəzər dənizinin Azərbaycana məxsus hissəsinin neft və qaz ehtiyatları ilə yanaşı külək enerjisi potensialı ilə də zəngin olduğu diqqətə çatdırılıb. Ölkəmizin dənizdə külək enerjisi potensialından istifadə üzrə yol xəritəsinin hazırlanmaqda olduğu bildirilib, gələcəkdə bu resurs hesabına “yaşıl elektrik”, “yaşıl hidrogen”, “yaşıl ammonyak” istehsalı və ixracı perspektivləri qeyd edilib, bu istiqamətdə imkanların öyrənilməsi məqsədi ilə beynəlxalq əməkdaşlığa hazırlıq ifadə olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024