Mobil versiya
Samux rayonunun Poylu kəndində şəhidin adına tikilmiş xatirə bulağının açılışı olub - FOTOLAR
Tarix: 04-11-2021 | Saat: 16:55
Bölmə:Seçki 2024 | çapa göndər

Samux rayonunun Poylu kəndində şəhidin adına tikilmiş xatirə bulağının açılışı olub

04 noyabr 2021-ci il tarixində Samux rayonunun Poylu kəndində İkinci Qarabağ müharibəsində şəhid olan Həsənov Pərviz Fərmayıl oğlunun adına tikilmiş xatirə bulağının açılışında Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, hüquq-mühafizə orqanlarının rəhbərləri,rayon ictimaiyyəti iştirak ediblər.

Xatirə bulağının açılışında çıxış edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev Pərviz Həsənovun timsalında 44 günlük qələbəmizdə payı olan bütün şəhidlərimizin qəhrəmanlıqlarını yüksək qiymətləndirdi. O, qeyd etdi ki, xalqımız və dövlətimiz şəhidlərimizin əziz xatirələrinə ehtiram göstərir, onların xatirəsini daim uca tutur. Ona görə də ölkəmizin hər yerində olduğu kimi, Samux rayonunda da Vətən müharibəsində qəhrəmancasına döyüşən, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsinə həsr olunmuş silsilə tədbirlər davamlı olaraq keçirilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024